Yüklənir...
Location: Bakı
Salary: 2500
Tələblər: Tikinti texnikaları və qaldırıcı avadanlıqların satışı üzrə minimum 1 il iş təcrübəsi; Ali təhsil; Microsoft Excel proqramından yüksək səviyyədə istifadə bacarığı; Əsas iqtisadi biliklər; Dillər: Azərbaycan dili – sərbəst, Rus dili – əla, İngilis dili – orta; Komanda ilə işləmə bacarığı; Yazılı və şifahi özünü ifadə etmə bacarığı; Satış bacarığı; Ünsiyyətcil, düşüncələrini aydın və hərtərəfli ifadə edə bilən; Servis və ehtiyat hissələrinin xidmətinə dair ümumi anlayış. Vəzifə və öhdəliklər: Tikinti texnikaları və qaldırıcı avadanlıqların satışını həyata keçirmək; “PROMEXTECH AZ” MMC satış kanalında satış planları və hədəflərinə nail olmaq, müştəri sayının və müştəri məmnuniyyətinin artırılması istiqamətində fəaliyyət göstərmək; Müştərilərin tələbatlarını öyrənmək və şirkətin məhsulları haqqında ətraflı və düzgün məlumat təqdim etmək; Mövcud müştəri bazası ilə mütəmadi işləmək və əlaqələri inkişaf etdirmək; Xüsusi müştərilər üzrə satışın artırılması istiqamətində təkliflər hazırlamaq; Qiymət siyasətinin formalaşdırılmasında iştirak etmək, satışın təhlilini aparmaq və sənədlərin düzgün idarə olunmasını təmin etmək; Həftəlik və aylıq satış hesabatlarını hazırlamaq; Debitor borclarına nəzarət etmək və onların yığılmasını təmin etmək; Rəqib şirkətlərin fəaliyyətini izləmək və bazar məlumatlarını təhlil etmək; Korporativ qaydalara uyğun işgüzar yazışmalar və telefon danışıqları aparmaq; Bazar potensialını analiz etmək və bazar imkanlarından səmərəli istifadə etmək; Yeni müştərilərin cəlb olunmasını təmin etmək; Proqram təminatından sistemli və səmərəli istifadə etmək; Müştərilərlə danışıqları etik qaydalara uyğun aparmaq; Reklam və tanıtım kampaniyalarının planlaşdırılması və həyata keçirilməsində fəal iştirak etmək. İş şəraiti: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma; Sınaq müddəti- 3 ay; İş rejimi: 09:00-dan 18:00-dək; 5 günlük iş rejimi; Əmək haqqı: 2500 AZN NET; Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar, e-mail ünvanına gələn CV-lərə baxılacaq. Müraciət etmək istəyən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu hissəsinə “Satış üzrə menecer” qeyd edərək göndərmələri xahiş olunur.