Yüklənir...
Location: Bakı
PROSYS MMC dövlət və özəl sektor üçün innovativ proqram təminatları hazırlayan aparıcı İKT şirkətlərindən biridir. Şirkətimizin inkişaf etdirdiyi 14 ədəd proqram təminatı məhsulunun və digər həllərin dövlət layihələrinin inkişaf etdirilməsi, cari və yeni müştərilərdə uğurla tətbiq edilməsi strateji idarə olunması və yeni həllərin yaradılması istiqamətində komandamıza güclü lider axtarırıq. Bu vəzifədə çalışacaq şəxs həm Departament Direktoru , həm də Product Owner rolunda çıxış edərək məhsulların inkişaf strategiyasına, layihələrin uğurlu icrasına və analitik komandanın idarə edilməsinə rəhbərlik edəcək. Əsas vəzifələr Layihələrin idarə olunmasına və məhsulların inkişaf strategiyasının icra olunmasınaa rəhbərlik etmək; DAnalitiklərdən ibarət departamentin fəaliyyətini planlamaq, koordinasiya etmək və inkişaf etdirmək; SCRUM komandaları ilə sıx əməkdaşlıq edərək Product Owner rolunu icra etmək; Biznes tələblərinin toplanması, analiz edilməsi və prioritetləşdirilməsini təmin etmək; Texniki tapşırıqların (SRS), funksional spesifikasiyaların tələblərin və digər analiz sənədlərinin hazırlanmasına rəhbərlik etmək; Mövcud informasiya sistemlərini dərindən öyrənərək n ekspertizasını aparmaq və inkişaf istiqamətlərini müəyyənləşdirmək; Biznes proseslərini modelləşdirmək (BPMN, UML, Flow Diagram və s.); Sprint planlaması, backlog idarəetməsi və deliverylərin işlərin vaxtında təhvilinə nəzarət etmək; Yeni funksionallıqların hazırlanmasına və təhvil verilməsi UAT prosesiniə və keyfiyyətinə nəzarətinə rəhbərlik etmək; Sifarişçilərlə analitik görüşlər keçirmək, təqdimatlar etmək və biznes tələblərini müəyyənləşdirmək; Departament əməkdaşlarının iş bölgüsünü, KPI-lərini və inkişaf planlarını idarə etmək; Layihələrin risklərini qiymətləndirmək və idarə etmək; Yeni texnologiyaları və bazar tendensiyalarını izləyərək məhsulların inkişafına tətbiq etmək. Namizədə tələblər Təcrübə Biznes Analitikası, Sistem Analitikası və ya oxşar sahədə minimum 10 il iş təcrübəsi; İT layihələrinin idarə olunması və ya struktur bölməyə rəhbərlik üzrə minimum 5 il rəhbərlik təcrübəsi; Böyük həcmli proqram təminatı layihələrinin idarə olunması təcrübəsi; Product Owner və ya Project Manager kimi praktik iş təcrübəsi üstünlükdür. Peşəkar biliklər SDLC (Software Development Life Cycle) üzrə dərin bilik; Agile, Scrum və Kanban metodologiyalarını yaxşı bilmək; Biznes Analizi metodologiyalarını və BABOK yanaşmalarını bilmək; SQL və PL/SQL üzrə yaxşı bilik; API inteqrasiyaları haqqında anlayış; BPMN, UML, Use Case, User Story və Acceptance Criteria hazırlanması bacarığı; Jira, Visio, Balsamiq və oxşar alətlərlə işləmə bacarığı; ERP, HRM, ESD və digər korporativ informasiya sistemləri üzrə təcrübə üstünlükdür. Şəxsi keyfiyyətlər Güclü analitik və strateji düşüncə; Liderlik və komanda idarəetmə bacarığı; Effektiv qərarvermə; Yüksək təqdimat və ünsiyyət bacarıqları; Vaxtın idarə olunması; Problem həll etmə və nəticəyönümlülük; Təşəbbüskarlıq. Dil bilikləri Azərbaycan dili — sərbəst; İngilis dili — yazılı və şifahi; Rus dili — üstünlükdür. Biz Sizə Təklif Edirik Azərbaycanın aparıcı İT şirkətlərindən birində rəhbər vəzifə Strateji qərarlarda iştirak imkanı Müasir Agile/SCRUM mühiti Böyük həcmli dövlət və korporativ layihələr Peşəkar və güclü komanda Karyera və peşəkar inkişaf imkanları Rəqabətli əmək haqqı və motivasiya sistemi İş şəraiti İş rejimi: Tam ştat (Full-time) İş qrafiki: Bazar ertəsi – Cümə Saat 09:00 – 18:00 İş yeri: Bakı Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılır. Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində "Layihələrin İdarəedilməsi və Məhsulların İnkişafı Departamentinin Direktoru" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.