Location: Bakı
Əsas vəzifə və öhdəliklər Məşq zalının (trenajor sahələri, çəki otağı, qrup məşqləri zalı) gündəlik və növbə ərzində davamlı təmizlənməsi; Soyunma otaqları, şkaflar, güzgülərin təmizlənməsi; Duş kabinələri və sanitar qovşaqların mütəmadi dezinfeksiyası; İdman avadanlıqlarının (trenajorlar, çəkilər, döşəmə örtükləri) səthlərinin təmizlənməsi və dezinfeksiya edilməsi; Resepşn, gözləmə zonası və ümumi sahələrin səliqəli saxlanması; Zibil qutularının vaxtında boşaldılması; Sanitar-gigiyenik ləvazimatların (sabun, dezinfeksiyaedici, dəsmal, tualet kağızı və s.) ehtiyatına nəzarət və vaxtında bildirmə; Təmizlik vasitələrinin təyinatına uyğun və qənaətli istifadəsi; Növbə təhvil-təslimi zamanı vəziyyət barədə məlumat vermək; Təhlükəsizlik, əmək mühafizəsi və gigiyena qaydalarına ciddi riayət. Tələblər İş təcrübəsi: Bu sahədə təcrübə üstünlükdür, lakin mütləq deyil Fiziki hazırlıq: Növbəli və hərəkətli iş rejiminə uyğunluq (idman zalı mühitində fəal iş) Şəxsi keyfiyyətlər: Səliqəlilik, məsuliyyətlilik, dəqiqlik, dözümlülük, dürüstlük İş şəraiti İş yeri: Atom İdman Zalı (Statistika filialı) İş rejimi: Növbəli (idman zalının iş saatlarına uyğun gündüz/axşam növbələri, uyğun olaraq dəqiqləşdirilə bilər) Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.