Location: Bakı
Vəzifə təlimatı: Qonağın tələblərini yüksək səviyyədə qarşılamaq üçün qonağın sifarişi zamanı ona təqdim edilmiş menyu barəsində lazımi məsləhətlər vermək: Qonaqları masanın düzülüşünə uyğun olaraq yerləşdirmək, onların əyləşməsinə kömək etmək; İçki və yemək seçməkdə qonaqlara yardım etmək məqsədilə onlara tövsiyə və təkliflər vermək; Sifarişləri qəbul etmək, mətbəxə və bara ötürmək üçün sistemə əlavə etmək və bu zaman müvafiq olduğu təqdirdə hər hansı xüsusi tələb, pəhriz və ya digər tələblər barədə məlumat vermək; Qonaqlara hər zaman müvafiq qaydada xidmət göstərilməsini təmin etmək və onların masalarının təmizliyinə görə məsuliyyət daşımaq: Menyu barəsində əvvəlcədən məlumatlı olmaq və qonaqlara düzgün təqdim etmək: Növbənin təhvil-təslimi zamanı şöbənin prosedurlarına əməl etmək Məişət avadanlıqlarını qaydalara uyğun istifadə etmək və təmiz saxlamaq: Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək; Tələblər: Müvafiq iş təcrübəsi (4 və 5 ulduzlu otellərdə iş təcrübəsinə üstünlük verilir) Dil bilikləri: İngilis və rus dili bilikləri üstünlükdür. Səlis danışıq qabiliyyəti Qonaqpərvərlik və yemək xidməti protokollarını bilməsi; Komandada işləmək bacarığı: Enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli Mehriban və kollektiv ilə birgə işləmə bacarığının olması Vəzifə öhdəliklərinin tam və vaxtında icra etmə bacarığının olması Şərtlər: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; Həftədə 6 iş günü, 1 gün istirahət; Əmək haqqı: Razılaşma əsasında Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Ofisiant” qeyd etməyiniz xahiş olunur.