Location: Bakı
Vəzifə öhdəlikləri: “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli; Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək; Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək; İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması; Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi; Debitor və kreditor borcların uçotunun aparılması; Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması; Gəlir və xərclərin uçotunun aparılması; Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək; Vergi hesabatlarının (ÖMV, Muzdlu, Mənfəət və s); Statistika hesabatlarının verilməsi. Vəzifə tələbləri: Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır); Təhsil ixtisası: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə; İş təcrübəsi (minimum): Müvafiq sahə üzrə ən az 2 il; Dil bilikləri: Azərbaycan dili (İngilis dili, Rus dili arzuolunandır); Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel). Digər zəruri tələblər: Peşakar mühasib sertifikatının (PMS MHBS) olması mütləqdir. ACCA F3 arzuolunandır. Vəzifənin tələb etdiyi səriştəliliklər: Problem həll etmə bacarıqları; Təqdim etmə bacarığı; Detallara diqqət; Komandada işləmək bacarığı; Analitik düşünmə bacarığı. İş şəraiti: İş vaxtı: Həftə içi 1-5 gün 09:00–18:00 (nahar vaxtı 13:00 – 14:00); Könüllü tibbi sığorta; Nahar şirkət tərəfindən verilir; Əmək haqqı: müsahibə əsasında; Korporativ nömrə və danışıq limiti; Ünvan: Şabran şəhəri, Qalaaltı kəndi. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .