Mühasib - Qaya nəqliyyat

Location: Bakı

Qaya Neqliyyat MMC komandasına məsuliyyətli, diqqətli və peşəkar Mühasib axtarır. Vəzifə öhdəlikləri: Şirkətin daxili mühasibat uçotunun aparılması; Daxili və beynəlxalq daşımalar üzrə gündəlik maliyyə əməliyyatlarına nəzarət; Müştərilər üzrə daşınmaların və maliyyə əməliyyatlarının düzgün uçotunun aparılmasına nəzarət; Gündəlik kassa və bank əməliyyatlarının işlənilməsi, izlənilməsi və uzlaşdırılması; Debitor və kreditor borclarının uçotunun aparılması və mütəmadi hesabatların hazırlanması; Gəlir və xərclərin gündəlik uçotunun aparılması; Ödənişlərin planlaşdırılması və icrasına nəzarət; Rəhbərliyə həftəlik və aylıq maliyyə hesabatlarının təqdim edilməsi; Maliyyə sənədlərinin düzgün arxivləşdirilməsi və uçotunun aparılması; Digər mühasibatlıq işlərinin qanunvericiliyə və şirkətdaxili qaydalara uyğun icra edilməsi. Namizədə tələblər: Təhsil: Ali  İş təcrübəsi: 3 ildən 5 ilə qədər Yaş: 30 – 55 Cins: Bəy və xanım namizədlər Mühasibatlıq və ya maliyyə sahəsində ali təhsil; Müvafiq sahədə iş təcrübəsi (nəqliyyat və logistika sahəsində təcrübəyə üstünlük verilir); 1C, Microsoft Excel və digər mühasibat proqramlarında sərbəst işləmək bacarığı; Analitik düşünmə, yüksək məsuliyyət və dəqiqlik; Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı. İş şəraiti İş günü: Həftənin 5 günü Ünvan: Binəqədi rayonu DSK yolu  Nahar şirkətə aiddır Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .