Yüklənir...
Location: Bakı
İş şəraiti İş yeri: "AVA Business Center", Bakı İş rejimi: Tam iş günü İş saatları: 09:30-17:30 Əmək haqqı: Razılaşma yolu ilə Vəzifə haqqında Xaricdə təhsil sahəsində fəaliyyət göstərən Queen Education şirkətimizə ofisə gələn qonaqların qarşılanması, müştərilərlə ilkin ünsiyyətin qurulması və gündəlik reception işlərinin təşkilini həyata keçirəcək Receptionist axtarılır. Əsas vəzifələr Ofisə daxil olan müştəri və qonaqların qarşılanması Müştərilərə şirkət və xidmətlər haqqında ilkin məlumatın verilməsi Telefon zənglərinin cavablandırılması və müvafiq əməkdaşlara yönləndirilməsi WhatsApp və digər kommunikasiya kanallarından daxil olan müraciətlərin cavablandırılması Müştərilərin konsultasiya üçün uyğun əməkdaşlara yönləndirilməsi Görüşlərin və konsultasiyaların qeydiyyatının aparılması Müştəri məlumatlarının daxili sistemə daxil edilməsi Sənədlərin qəbulu, çeşidlənməsi və aidiyyəti üzrə yönləndirilməsi Reception masasının və giriş hissəsinin səliqəli saxlanılması Gündəlik inzibati işlərdə komandaya dəstək göstərilməsi Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi Tələblər Rus dili - MÜTLƏQ (səlis danışıq və ünsiyyət bacarığı) Azərbaycan dili - yüksək səviyyədə İngilis dili biliyi üstünlükdür Ali təhsil arzuolunandır Reception, administrator, müştəri xidmətləri və ya oxşar sahədə təcrübə üstünlükdür Güclü kommunikasiya və insanlarla düzgün ünsiyyət qurmaq bacarığı Gülərüz, nəzakətli və müştəriyönümlü olmaq Səliqəli və təqdimata uyğun görünüş Məsuliyyətli və diqqətli olmaq Operativ və stress altında işləyə bilmək Komandada işləmək bacarığı MS Office proqramları ilə işləmək bacarığı Xaricdə təhsil sahəsinə maraq olması üstünlükdür İş şərtləri İş saatları: 09:30-17:30 İş yeri: "AVA Business Center", Bakı Əmək haqqı namizədin təcrübə və bacarıqlarına əsasən müsahibə zamanı razılaşdırılır Peşəkar və dinamik iş mühiti Xaricdə təhsil sahəsində təcrübə və inkişaf imkanı Karyera yüksəlişi üçün perspektivlər Gənc və mehriban komanda ilə işləmək imkanı Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M üraci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .