Anbardar - Real İnşaat MMC

Location: Bakı

Əsas öhdəliklər: Tikinti sahəsinə daxil olan materialların, avadanlıqların və alətlərin qəbulunu, yerləşdirilməsini və saxlanılmasını təmin etmək. Materialların təhvil-təslim sənədlərinə (qaimə, faktura) uyğunluğunu (miqdar, keyfiyyət və çeşid) yoxlamaq və qəbul etmək. Material və alətlərin sahə işçilərinə, ustalara və subpodratçılara təsdiqlənmiş tələbnamə/sifariş əsasında buraxılışını həyata keçirmək. Anbara daxil olan və çıxan bütün malların uçotunu 1C proqramında və ya müvafiq jurnallarda dəqiq və vaxtında aparmaq. Anbardakı tikinti materiallarının və alətlərin təhlükəsizliyini, zədələnmədən və korlanmadan saxlanmasını təmin etmək. Dövri və illik inventarizasiya (sayım) işlərində fəal iştirak etmək, faktiki qalıqları proqram göstəriciləri ilə müqayisə etmək. Tikinti alətlərinin və xüsusi geyimlərin qaytarılmasına, sazlığına və uçotuna nəzarət etmək. Anbar ərazisində səliqə-sahmana və əməyin təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək. Namizədə olan tələblər: Təhsil: Orta ixtisas və ya ali təhsil. Təcrübə: Tikinti sahəsində anbardar kimi minimum 3 il iş təcrübəsi (tikinti materiallarını tanımaq mütləqdir). Proqram bilikləri: 1C (Anbar / Uçot) – yaxşı səviyyədə. MS Excel – baza/orta səviyyədə. Biliklər: Tikinti materiallarının (sement, armatur, kərpic, boya, izolyasiya və s.) saxlanma şəraitini və xüsusiyyətlərini bilmək. Bacıraqlıqlar: Dürüstlük, məsuliyyətlilik, fiziki dözümlülük, kollektivlə işləmək və rəqəmlərlə dəqiq işləmək bacarığı. Ünvan - Ofis Ünvan Svetlana Məmmədova 203c Əlaqə  +994512059867 Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.