Location: Bakı
İş şəraiti İş yeri: Nargiz Mall Baş Ofis İş vaxtı: 5 günlük (həftədə 40 saat) Şənbə - Bazar istirahət günləri Namizədə dair tələblər: Müvafiq sahədə 3 il iş təcrübəsi; Ali təhsil (müvafiq sahə üzrə); SƏTƏM üzrə müvafiq sertifikatlar; MS office proqramlarında işləmə bacarığı; Əmək Məcəlləsi, Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik , Yanğın Təhlükəsizliyi haqqında qanun və normativ hüquqi aktlar haqqında biliklər Üstünlük verilir: İngilis dili biliyi; SƏTƏM sahəsində beynəlxalq standartlara (ISO 45001, ISO 14001 və s.) dair anlayış Risklərin qiymətləndirilməsi və sənədləşdirmə bacarığı Təlimlərin hazırlanması və keçirilməsi təcrübəsi Təşkilati və analitik düşünmə bacarığı Yaxşı ünsiyyət və təqdimat bacarıqları Vəzifə funksiyaları: İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət edilməsi Sağlamlıq və təhlükəsizlik proseslərinin idarəedilməsi Əməyin mühafizəsinin yerli əmək qanunvericiliyinin tələblərinə uyğun təşkili İş yerlərində təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi prosesinin idarə edilməsi, nəzarət tədbirlərinin görülməsi Baş verə biləcək xəsarət və zədələnmələrin qarşısının alınması üzrə önləyici tədbirlərin görülməsi Qəza, insident və bədbəxt hadisələrin araşdırılması, hesabatların hazırlanması Bədbəxt hadisələrin, qəzaların araşdırılması və məruzə edilməsi Əməyin təhlükəsizliyi üzrə daxili qaydalar, təlimatlar və prosedurların hazırlanması və tətbiqi İlk yardımın əsasları və bu istiqamət üzrə təlimatların keçirilməsi İş yerlərində həftəlik, aylıq, rüblük və illik yoxlamaların (inspeksiyaların) aparılması Yanğın təhlükəsizlik proseslərinin idarə edilməsi İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılması Avadanlıqların, binaların, qurğuların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılması İşə qəbul olan işçi heyətə giriş və yanğın təhlükəsizliyi qaydaları haqqında təlimatın keçirilməsi SƏTƏM üzrə dövrü təlimlərin keçirilməsinə nəzarət Fövqəladə hallar planlarının hazırlanması və ən azı ildə bir dəfə təlimlərin təşkili Rəhbərliyə dövri hesabatların təqdim olunması (aylıq, rüblük, illik) Əməyin mühafizəsi və texniki təhlükəsizliyi ilə əlaqədar bütün məsələlər üzrə dövlət orqanlarıının rəsmi sorğular, yoxlamalar və məlumat tələblərinə vaxtında və dəqiq cavabların verilməsini təmin etmək Tibbi müayinədən keçirilməsinə ehtiyac olan işçilərin periodik tibbi müayinəyə yönləndirilməsinin təmin edilməsi Sağlam və təhlükəsiz iş şəraitinin yaradılması üçün qanunvericiliyin tələblərinə uyğun bütün zəruri tədbirlərin həyata keçirilməsi. CV-lərinizi mövzu hissəsinə “Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə mühəndis ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Müraciət maili hr@fahretail.com