Logistika üzrə mütəxəssis - Retems Logistics LLC

Location: Bakı

Əmək haqqı: 1000-1500 manat Tələblər: Ali təhsil (Logistika, Təchizat zənciri, Biznesin idarə edilməsi və ya uyğun ixtisas üzrə); Logistika sahəsində minimum  2-3 il  iş təcrübəsi; Azərbaycan və İngilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı; Logistika sənədləri və beynəlxalq daşınma prosesləri üzrə biliklər; Analitik düşünmə və problemlərin operativ həlli bacarığı; Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı; Yaş həddi: 25 - 35; Vəzifələr: Təchizat və logistika proseslərinin planlaşdırılması və idarə olunması; Yüklərin vaxtında yüklənməsi, daşınması və çatdırılmasına nəzarət etmək; Yüklərin statusunu mütəmadi izləmək və müvafiq tərəfləri məlumatlandırmaq; Daşıyıcı şirkətlərlə müqavilələrin hazırlanması və icrasına nəzarət etmək; Satınalma sifarişləri, tender sənədləri, təkliflər və digər logistika sənədlərinin hazırlanması; Rəsmi məktubların hazırlanması və dövlət qurumları, tərəfdaşlar və təchizatçılarla yazışmaların aparılması; Təchizatçı və müştəri məlumat bazasının yenilənməsi və idarə olunması; Logistika prosesləri üzrə hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi; İş şəraiti:  Azərbaycan Respublikası əmək məcəlləsinə əsasən sənədləşmə;  İş qrafiki: bazar ertəsi - cümə; iş saatı: 09:00 - 18:00; İş yeri ünvanı: Dəmirçi Plaza Müraciət etmək istəyən namizədlər CV-lərini  Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “Logistika üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər.