Yüklənir...
Location: Bakı
Firmaya Baş mühasib müavini (Xidmət sahəsi üzrə) tələb olunur. Vəzifələr: Mühasibat və vergi uçotunun qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını təmin etmək; Mühasibat sənədlərinin düzgün tərtib edilməsini və uçotunun aparılması; Əsas vəsaitlərin uçotunu aparmaq, amortizasiya hesablamalarını həyata keçirmək; Əmək haqqı, məzuniyyət və digər ödənişlərin düzgün hesablamaq; Debitor və kreditor borclarının uçotunu aparmaq və hesablaşmalara nəzarət etmək; Elektron qaimə-fakturaların və hesab-fakturaların tərtib olunması və göndərilməsi; Bank, kassa, satış, alış, əmək haqqı, avans, mal-material və digər maliyyə əməliyyatlarını proqram təminatına düzgün daxil edilməsi; Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal-material uçotunu aparmaq; Gündəlik əməliyyatların 1C proqramına işlənməsi; Baş mühasib tərəfindən verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək. Tələblər: 25–50 yaş aralığında olan namizədlər; Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya digər uyğun ixtisaslar üzrə); Müvafiq vəzifə üzrə minimum 3 il iş təcrübəsi; Mühasibat hesablaşmaları üzrə yüksək səviyyədə bilik; Vergi Məcəlləsi və Əmək Məcəlləsini yüksək səviyyədə bilmək; 1C 8.2 proqramında yüksək səviyyədə işləmək bacarığı; Kompüter bacarıqları: MS Office proqramları, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı; Dil bilikləri: Azərbaycan dilini yazılı və şifahi şəkildə mükəmməl səviyyədə bilmək;Rus və ingilis dilləri arzuolunandır. Fikrini aydın ifadə etmək, yüksək ünsiyyət və komanda ilə işləmək bacarığı; Məsuliyyətli, dəqiq, operativ və stresə davamlı olmaq. İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; Həftədə 5 iş günü, saat 09.00 –dan 18.00-dək, şənbə və bazar günləri istirahət günləridir. Qeyd : İş yeri Bakı şəhərində, mərkəzdə yerləşir. (Sahil metrosunun ətrafında yerləşir) Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Baş mühasib müavini” qeyd edərək öz CV-lərini mükəmməl şəkildə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.