Mühafizə rəis müavini - SAMİRAMİS

Location: Bakı

Vəzifə öhdəlikləri İnsanların, ətraf mühitin, şirkətin vəsaitlərinin və imicinin qəsdən törədilən cinayət fəaliyyətindən, zərərli hərəkətlərdən və arzuolunmaz hadisələrdən qorumağı təmin edir Təhlükəsizlik üzrə Menecerə müəssisənin gündəlik mühafizə xidmətini təşkil və rəhbərlik etməkdə köməklik edir,  Müəssisənin mühafizə olunan ərazilərinə mühafizə xidmətinə dair qaydalar və prosedurlar hazırlayır Müəssisənin iş ərazilərində effektiv mühafizə sisteminin qurulmasına və təkmilləşdirilməsinə dair təkliflər verir Mühafizə xidmətində baş verən pozuntular və nöqsanların araşdırılmasında iştirak edir və səbəblərini əşkar edərək mühafizə xidməti ilə birgə lazımı tədbirlər görür Mühafizə xidməti əməkdaşlarının iş yerlərində praktiki işini, postlarda prosedurlara nəzəri yiyələnmə səviyyəsini, iş təlimatlarını yoxlayır Fövqəladə hallar zamanı növbədə olan mühafizə xidmətinin əməkdaşlarına zəruri tədbirlərin görülməsində rəhbərlik edir Təhlükəsizliyə dair hadisələrin araşdırılmasında iştirak edir, hadisə yerində lazım olan təxirəsalınmaz tədbirləri həyata keçirir Namizədə tələblər: Yaş həddi 30-45 aralığında olmalı Müvafiq  sahədə 5  ildən çox iş təcrübəsi Hərbi qulluğu keçmiş olmalı Hər hansı bir idman növü ilə məşqul olmalı Ciddi, kollektivdə  işləmə bacarığı olan Məsuliyyətli, stresə  davamlı Ünsiyyətcil, təşəbbüskar Analitik yanaşma qabiliyyəti İşdə dəqiqlik və detallara fikir vermə bacarığı  Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində  “Mühafizə rəis müavini”  qeyd edərək öz CV- lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.