Yüklənir...
Location: Bakı
İş yeri: Sumqayıt, Xızı Qumlama operatoru avtomatik qumlama xəttinin fasiləsiz, təhlükəsiz və texnoloji tələblərə uyğun işləməsini təmin edir, səth hazırlığı prosesinin keyfiyyətinə nəzarət edir və istehsalatın effektivliyinə dəstək verir. Vəzifə öhdəlikləri: Avtomatik qumlama xəttini işə salmaq, dayandırmaq və idarə etmək; Operator paneli (HMI) vasitəsilə proses parametrlərinə nəzarət etmək; Qumlanacaq məhsulların konveyerə düzgün yerləşdirilməsini təmin etmək; Abraziv materialın səviyyəsini, hava təzyiqini və filtrasiya sisteminin işlək vəziyyətini izləmək; Avadanlığın gündəlik texniki baxışını həyata keçirmək; Nasazlıqları vaxtında aşkar etmək və məsul şəxslərə məlumat vermək; Qumlama keyfiyyətinə (səth təmizliyi, pürüzlülük və s.) nəzarət etmək; İş sahəsinin təmizliyini və nizam-intizamını təmin etmək; Sağlamlıq, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi qaydalarına əməl etmək. Vəzifəyə dair tələb olunan bacarıqlar və təcrübə: Texniki sahə üzrə orta ixtisas və ya peşə təhsili; İstehsalat və ya sənaye sahəsində minimum 1 il iş təcrübəsi; Kompressor və yüksək təzyiq avadanlıqları ilə işləmə qaydaları üzrə bilik; Avtomatik və ya yarı-avtomatik qumlama avadanlığı ilə iş təcrübəsi; PLC idarəetmə panelləri haqqında ilkin biliklər; Metal konstruksiyalar və səth hazırlığı prosesləri haqqında anlayış; Texniki avadanlıqlarla işləmə bacarığı; Təhlükəsizlik qaydaları üzrə biliklər. Təklif edirik: Nahar şirkət tərəfindən təmin olunur Sığorta təminatı Servis/daşınma xidməti təmin olunur Maraqlanan namizədlər, CV və əlaqə məlumatlarını “Qumlama Operatoru” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.