Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Günlük bank əməliyyatlarının icrasını və ödəniş tapşırıqlarının hazırlanmasını təmin etmək; Xərc və alış sənədlərinin proqram təminatında uçotunun aparılması Vergi hesabatlarının və DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi; Qaimə-fakturaların və e-qaimələrin tərtibi, göndərilməsi və uçotunun aparılması; Bank hesabları, kassa, əmək haqqı, ödəniş cədvəlləri, müqavilələr və təchizatçılarla hesablaşmaların uçotunu aparmaq; Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq; Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq; Aylıq və rüblük maliyyə hesabatlarının hazırlanması, o cümlədən: Profit and Loss (P&L) – gəlir və xərclərin təhlili və nəticənin hesablanması; Balance Sheet – aktivlər, öhdəliklər və kapitalın balanslaşdırılmış uçotu; Cash Flow Statement – pul vəsaitlərinin hərəkətinin (operativ, investisiya və maliyyə fəaliyyətləri üzrə) tərtibi; Excel-də analitik cədvəllərin, dinamik hesabatların və maliyyə göstəricilərinin hazırlanması (formullar, pivot table, maliyyə analizləri) Tələblər: Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat üzrə ali təhsil; Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi (mütləqdir) İngilis dilini bilmək üstünlükdür. 1C mühasibat proqramı və MS Excel proqramlarında yüksək səviyyəli biliklər; Bank əməliyyatları, ödəniş tapşırıqları və e-qaimə sistemi üzrə praktiki təcrübə; Maliyyə hesabatlarının (P&L, Balance, Cash Flow) hazırlanması üzrə təcrübə; Vergi Məcəlləsi, ƏDV və mənfəət vergisi hesabatları üzrə biliklər; Analitik düşüncə tərzi, məsuliyyətlilik və diqqətlilik; Komanda ilə işləmək və vaxtı effektiv idarəetmə bacarığı. İş şəraiti İş qrafiki: 5 gün 09:00-18:00 Əmək haqqı müsahibə əsasında təyin ediləcək (800 - 1200 manat ) İş ünvanı: Sabit Rəhmanov 35A Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.