Location: Bakı
İş şəraiti İş formatı: Uzaqdan / Bakı şəhərində ofisdən işləmək imkanı İş qrafiki: Həftənin 5 günü, 10:00–18:00 Əmək haqqı: 400 AZN sabit əmək haqqı + hər uğurlu satış üçün 30 AZN bonus. Aylıq ümumi gəlir əməkdaşın nəticələrindən asılı olaraq ortalama 1500 AZN və daha yüksək ola bilər. Öhdəliklər: Sosial şəbəkələr, biznes qrupları və digər kanallar vasitəsilə potensial müştərilərin tapılması; Potensial müştərilərlə ilkin əlaqənin qurulması; Müştərilərə şirkətin xidmətləri haqqında düzgün məlumatın təqdim edilməsi; Müştərinin ehtiyacının müəyyənləşdirilməsi və uyğun xidmətin təklif edilməsi; Satış prosesinin sonadək izlənilməsi; Müştərilərlə yazışmaların və görülən işlərin qeydiyyatının aparılması; Aylıq satış hədəflərinin yerinə yetirilməsi. Namizədə tələblər: Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı; Satış və müştəri xidməti sahəsində işləmək istəyi; İnsanlarla rahat ünsiyyət qurmaq və inandırıcı təqdimat etmək bacarığı; Məsuliyyətli, aktiv və nəticəyönümlü olmaq; Sosial şəbəkələrdən və mesajlaşma platformalarından istifadə bacarığı; Satış təcrübəsi üstünlükdür, lakin təcrübəsiz namizədlərin müraciətinə də baxılır. Şərtlər: 400 AZN sabit əmək haqqı; Hər uğurlu satış üçün 30 AZN bonus; Performansdan asılı olaraq ortalama 1500 AZN və daha yüksək aylıq gəlir imkanı; Təlim və iş üçün lazım olan materialların təqdim edilməsi; Şirkət daxilində inkişaf imkanı. Namizədlərin CV-lərinin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına yönləndirilməsini xahiş edirik. Əlaqədar şəxs: Umarov Ramazan Əlaqə: 010 373 20 36