Location: Bakı şəhəri
Qeyd - Hotel təcrübəsi mütləqdir İşə götürən: Sapphire Hotels Group İş yeri: Sapphire Bayıl Hotel Vəzifə öhdəlikləri: Hotellər üçün korporativ satışların inkişaf etdirilməsi və artırılması; Korporativ müştərilər və səyahət agentlikləri ilə güclü və uzunmüddətli əlaqələrin qurulması və qorunması; Yeni korporativ hesabların müəyyən edilməsi və cəlb edilməsi, mövcud müştərilərlə əməkdaşlığın aktiv saxlanılması; Satış hesabatlarının hazırlanması və bazar təhlili etmək; Marketinq və rezervasiya komandaları ilə koordinasiyalı şəkildə işləyərək müştəri məmnuniyyətinin təmin olunması. Namizədə tələblər: Hotelçilik və qonaqpərvərlik sənayesində satış və müştəri əlaqələri üzrə ən az 3 il praktiki təcrübə (Hotelin satış, rezervasiya şöbəsində iş təcrübəsi uyğun hesab edilir.) Müştəri yönümlü yanaşma, ünsiyyət və danışıqlar aparmaq bacarığı; Satış strategiyalarının hazırlanması və həyata keçirilməsi üzrə bilik və bacarıq; Analitik düşüncə, planlaşdırma və nəticə yönümlü iş prinsipi; MS Office və CRM proqramlarında sərbəst işləmək bacarığı; Azərbaycan dili səlis, həmçinin Rus və İngilis dillərində yazılı və şifahi yüksək ünsiyyət bacarığı. İş şəraiti: İş rejimi 5 günlük; İş saatları: 09:00-18:00; Rəqabətli əmək haqqı (+bonus sistemi) Təminatlar: Şirkət qaydalarına uyğun müvafiq endirimli xidmətlər; Şirkət tərəfindən nahar təminatı; Xidməti telefon və mobil nömrə. CV-nizi mövzu hissədə “Satış üzrə baş menecer” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Müraciət maili cv@sapphire.az