Tender üzrə mütəxəssis - Sea Breeze Construction

Location: Bakı

“Sea Breeze Construction” MMC “Tender üzrə mütəxəssis” vakansiyasını elan edir: Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək. Vəzifə öhdəlikləri: Tenderlərin monitorinqi və təhlili: Dövlət və özəl satınalma platformalarında (o cümlədən etender.gov.az) şirkətin fəaliyyət sahəsinə uyğun tender elanlarını gündəlik izləmək; Tender şərtlərini təhlil edərək şirkətin iştirak imkanlarını qiymətləndirmək; Tender sənədlərində texniki, maliyyə və hüquqi tələbləri araşdırmaq. Tender sənədlərinin hazırlanması: Tenderin Əsas Şərtlər Toplusunu (Şərtnaməni) ətraflı öyrənmək; İştirak üçün tələb olunan hüquqi, maliyyə və inzibati sənədləri toplamaq və hazırlamaq; Texniki və kommersiya təkliflərini aidiyyəti şöbələrlə birlikdə hazırlamaq; Sənədləri elektron imza ilə təsdiq edərək müvafiq platformalara vaxtında təqdim etmək. Koordinasiya və kommunikasiya: Texniki, maliyyə, satınalma və digər aidiyyəti şöbələrlə sıx əməkdaşlıq etmək; Tender təşkilatçıları ilə rəsmi yazışmaları aparmaq və sorğuları cavablandırmaq; Tender iştirak təminatının və bank qarantiyalarının alınması prosesini koordinasiya etmək. Müqavilələrin idarə olunması və hesabatlılıq: Tender nəticələrini izləmək və təhlil etmək; Qazanılmış tenderlər üzrə müqavilələrin hazırlanması və imzalanması prosesində iştirak etmək; Tender sənədlərinin arxivləşdirilməsini təmin etmək və dövri hesabatlar hazırlamaq. Tələblər: Ali təhsil (hüquq, iqtisadiyyat, biznesin idarə edilməsi, mühəndislik və ya digər uyğun ixtisaslar üstünlükdür); Tikinti sahəsində tender üzrə minimum 3 il iş təcrübəsi ; Azərbaycan Respublikasının "Dövlət satınalmaları haqqında" Qanunu və satınalma prosedurları üzrə biliklər; Müqavilə hüququ və satınalma sənədlərinin hazırlanması sahəsində biliklər; Tender sənədlərinin hazırlanması və rəsmi yazışmaların aparılması bacarığı; etender.gov.az portalı və elektron imzadan sərbəst istifadə bacarığı; SAP, Ariba və digər elektron satınalma platformalarında iş təcrübəsi üstünlükdür; MS Office proqramlarını, xüsusilə Excel və Word proqramlarını yüksək səviyyədə bilmək; Maya dəyərinin hesablanması, qiymət təkliflərinin hazırlanması və bazar təhlili bacarığı; Bank qarantiyaları və tender təminatları ilə iş təcrübəsi; Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; İngilis və rus dillərini bilmək üstünlükdür; Analitik düşüncə, məsuliyyət, diqqətlilik, vaxtın effektiv idarə olunması və komanda ilə işləmək bacarığı. İş şəraiti: İş qrafiki – 6/1. Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Tender üzrə mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.