Location: Bakı
“Nardaran İnvest” MMC Yüksək Gərginlik və Günəş Enerji (Solar) Sistemləri üzrə mühəndis vakansiyasını elan edir. Şirkətimiz enerji və mühəndislik layihələri üzrə fəaliyyət göstərir və komandamıza yüksək gərginlik elektrik sistemləri və günəş enerji (solar) layihələrinin layihələndirilməsi sahəsində təcrübəli mühəndis axtarır. Vəzifə öhdəlikləri: Yüksək gərginlik elektrik xətləri və enerji təchizatı sistemlərinin layihələndirilməsi; Günəş enerji (solar) sistemlərinin layihələndirilməsi və texniki hesablamaların aparılması; Elektrik sxemlərinin, layihə rəsmlərinin və texniki sənədlərin hazırlanması; Avadanlıq və materialların seçilməsi və texniki spesifikasiyaların hazırlanması; Layihələrin qüvvədə olan normativ sənədlərə, tikinti qaydalarına və texniki standartlara uyğun hazırlanması; Layihə sənədlərinin hazırlanması və sistemləşdirilməsi; Layihələrin təqvim planına uyğun icrasına nəzarət və layihə prosesinin monitorinqi; Layihələrin icrası zamanı texniki dəstəyin göstərilməsi və tikinti prosesinə nəzarət. Namizədə dair tələblər: Energetika, elektrik mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil; Yüksək gərginlik elektrik sistemləri üzrə bilik və iş təcrübəsi; Günəş enerji (solar) sistemləri üzrə nəzəri və praktiki biliklər; AutoCAD və ya digər layihələndirmə proqramlarını bilmək; Texniki sənədlərlə işləmək bacarığı; Komandada işləmək bacarığı və yüksək məsuliyyət hissi; İş qrafikinə uyğun çalışmaq və müəyyən edilmiş deadline-lara riayət etmək; Stressə davamlılıq, detallara diqqət və təşəbbüskarlıq. Üstünlük veriləcək: Enerji layihələri üzrə iş təcrübəsi; PV sistemlərinin layihələndirilməsi üzrə bilik və təcrübə. Təminatlar: Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək; İş qrafiki: 5/2, 09:00–18:00; İş yerinə Koroğlu metrostansiyasından servis xidməti; Nahar ilə təmin olunma; Könüllü tibbi sığorta. Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciət maili x.gambarova@seabreeze.az