Çağrı mərkəzi üzrə qrup rəhbəri - SF Azərbaycan BOKT

Location: Bakı şəhəri

Salary: 1100-1500

İş şəraiti: Tam iş günü Müştəri xidmətləri şöbəsi Bakı Tələblər: Müvafiq vəzifə üzrə 1 il ardıcıl iş təcrübəsi (Bank sahəsi üzrə arzuolunandır); Analitik bacarığı olan; Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən; Güclü kommunikativ qabiliyyətə sahib olan; MS Office, xüsusilə Excel bilikləri; Vəzifə öhdəlikləri: Operatorların işinin effektiv şəkildə təşkili: əməkdaşların təliminin təşkili; yeni əməkdaşlara işin əsaslarının izahı; operatorların iş keyfiyyətinə nəzarət; Çağrı mərkəzinə daxil olan sualların (sorğuların) birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılması, məlumatlandırma xidmətinin göstərilməsi; Məlumatların (şikayətlərin, təkliflərin) qəbulu və yönəldilməsi; Xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi; İşçilərin işə qəbulu və adaptasiyasında iştirak, motivasiya sisteminin qurulması; Biz Sizə nə təklif edirik: Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq; Müasir idarəetmə sistemi və mehriban kollektiv; Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti; Tibbi sığorta təminatının verilməsi (3 ay sonra); “Team building” tədbirlərinin keçirilməsi; Əmək haqqı və iş rejimi: İş rejimi: 5/2 Əmək haqqı: 1100 azn (net) + 400 azn KPI bonus; Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi, 11 mərtəbə. Maraqlanan namizədlər  Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.