Yüklənir...
Location: Bakı
Sinteks Şirkətlər Qrupu Qafqaz və Mərkəzi Asiya regionunda moda üzrə aparıcı pərakəndə satış qruplarından biridir. Şirkət premium, orta-yuxarı və kütləvi bazar seqmentlərini əhatə edən 100-dən çox beynəlxalq brenddən ibarət geniş və müxtəlif portfeli təmsil edir. 25 ildən artıq müddətdir ki, biz flaqman univermaq mağazalarımız, eksklüziv butiklərimiz, konsept mağazalarımız və e-ticarət platformalarımız vasitəsilə müştərilərə yüksək səviyyəli alış-veriş təcrübəsi təqdim edirik. Brend portfelimiz moda, aksesuarlar, ayaqqabı, qida və içki, ev dekorasiyası, zərgərlik və gözəllik məhsulları kimi müxtəlif kateqoriyaları əhatə edir. Uğurumuzun əsasında pərakəndə satış sahəsində qlobal lider olmaq məqsədimiz dayanır. Biz əməliyyat mükəmməlliyi, innovasiya və dayanıqlılıq prinsiplərinə əsaslanaraq müştəri təcrübəsini ilhamlandırır və daim inkişaf etdiririk. Hazırda şirkətimizin strateji nöqtələrdə yerləşdirilmiş 120-dən çox satış nöqtəsi və biznesimizin inkişafına töhfə verən 1,800-dən artıq peşəkar əməkdaşı mövcuddur. Qlobal tərəfdaşlarımız: Alexander McQueen, Alexander Wang, Armani, Autry, Balenciaga, Bally, Bobbi Brown, BOSS, Bottega Veneta, Burberry, Chaumet, CHANEL, Chloe, Corneliani, Damiani, Deichmann, DIESEL, DIOR, DKNY, Dolce & Gabbana, Ermanno Scervino, ETRO, Fendi, FERRAGAMO, Furla, Geox, Givenchy, Guerlain, Guess, GUCCI, Hackett London, Hermes, Jacquemus, Jimmy Choo, Jo Malone, Isaia, Karl Lagerfeld, Kiehls, Kilian, Kiton, Lancome, La Mer, Le Pain Quotidien, Lloyd, Loewe, Lubiam, MAC, Maje, Mango, Marc Jacobs, Marina Rinaldi, Max Mara, Michael Kors, Moncler, Mugler, New Yorker, NEXT, Oscar de la Renta, OXXO, Patrizia Pepe, Paul & Shark, Prada, Ralph Lauren, Rosantica, Saint Laurent, Sandro, Seidensticker, Self-Portrait, Sergio Rossi, Simonetta Ravizza, Stella McCartney, Teddy, Tod’s, Tom Ford, Tory Burch, Toteme, Versace, Zegna, Gloria Jean’s Coffees. Şirkətə məxsus brendlərimiz: Albatros, Bisque, Bogca, Emporium, HOM-ME, Loop, MIUM, Premium Outlet, Scoop. Ünvan: Z.Aliyeva Str. 15 Baku, AZ Əlaqə nömrəsi: +994 12 497-59-09 Sinteks Şirkətlər Qrupu “Gömrük rüsumlarının uçotu üzrə kiçik mühasib” axtarır! Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik. Vəzifənin rolu: Gömrük rüsumlarının uçotu üzrə kiçik mühasibin rolu gömrük rüsumları üzrə uçotun aparılmasını həyata keçirmək. Vəzifə öhdəlikləri: Adiyyəti olan platformalarda yerləşdirilmiş gömrük bəyannamələrinin yoxlaması Yük gömrük bəyannaməsinin rüsumlarının 1C ERP proqramına əks olunması Gömrük xərclərinin maliyyə uçotunda əks edilməsi Ayın bağlanması porsesində iştirak etməsi Məsuliyyət sahəsi: Gömrük ödənişləri Professional biliklər: Maliyyə uçotu 1C programı MS Office (Excel) Təhsil: İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi üzrə Ali təhsil İş təcrübəsi: Maliyyə və ya Mühasibatlıq sahəsində 1 ildən çox iş təcrübəsi Professional Bacarıq və Kompetensiyalar Detallara diqqət Zamanın idarəolunması Analitik düşüncə Məsuliyyət Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Gömrük rüsumlarının uçotu üzrə kiçik mühasib” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciət maili recruitment@sinteks.com