Yüklənir...
Location: Bakı
Sinteks Şirkətlər Qrupu “Terranova”, “Calliope”, “OXXO” və “New Yorker” mağazaları üzrə “ Vizual Merçendayzer ” vakansiyasını elan edir! Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik. Vəzifənin rolu: Bu vəzifənin rolu mağazalarda Brendin tələblərinə uyğun merçendayzinqi təmin etməkdir. Vəzifə öhdəlikləri: Satış salonunun brendin standartlarına uyğun tərtib olunması; Mağazada iş prosesinə uyğun əvvəlcədən müəyyən olunmuş alqoritm üzrə işin günlük və həftəlik təşkili; Günlük və Həftəlik işin təşkili zamanı mövcud olan analiz proqramlarından istifadə bacarığı və istifadə, analizlərin nəticəsinə uyğun olaraq stokun idarə olunması; Yeni məhsulların gəlişinə uyğun və mövsümü dəyişiklik zamanı zalın yenidən tərtib olunması; Vizual merçendayzinq standartlarına uyğun olaraq, satış zalında rəng ahənginin, çeşid eyniliyinin və eyni kateqoriyadan olan məhsulların bir arada yerləşdirilməsinin təmin edilməsi; HVM ilə birlikdə bütün məhsullar üçün qrafika və avadanlıqların hazırlanması Şirkət və Brend standartları haqqında məlumatlılıq: Layout qaydaları və planogramlar. Professional biliklər Merçendayzing Təhsil Orta təhsil İş təcrübəsi Pərakəndə satış sahəsində 1 il müvafiq iş təcrübəsi Professional bilik və səriştələr Detal yönümlülük Nəticə yönümlülük Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.