Yüklənir...
Location: Bakı
AAC MMC komandamıza istehsal proseslərinin texnoloji idarə edilməsinə rəhbərlik edəcək, istehsal səmərəliliyinin və məhsul keyfiyyətinin artırılmasına töhfə verəcək Baş Texnoloq axtarır. Əsas vəzifə və öhdəliklər Müəssisə tərəfindən istehsal olunan məhsulların istehsalı üzrə mütərəqqi, iqtisadi cəhətdən əsaslandırılmış, resursları və ətraf mühiti qoruyan texnoloji proseslərin və rejimlərin işlənib hazırlanmasını və həyata keçirilməsini, texnoloji hazırlıq səviyyəsinin yüksəldilməsini təmin etmək, xammal, material və əmək sərfiyyatının azaldılması, məhsul keyfiyyətinin yaxşılaşdırılması və əmək məhsuldarlığının yüksəldilməsi üzrə işləri təşkil etmək. İstehsalatda qabaqcıl texnoloji proseslərin, yeni materialların, elm və texnika nailiyyətlərinin geniş tətbiqi üçün tədbirlər görmək. Yeni texnologiyaların tətbiqi, istehsalın texniki-iqtisadi səmərəliliyinin yüksəldilməsi və texnoloji sənədlərin işlənib hazırlanması üzrə planların tərtibinə rəhbərlik etmək. Texnoloji proseslərin və istehsal rejimlərinin tənzimlənməsi ilə əlaqədar texniki sənədlərə edilmiş dəyişikliklərə baxmaq və təsdiq etmək. Müəyyən edilmiş texnoloji proseslərə ciddi əməl olunmasına nəzarət etmək, texnoloji intizam pozuntularını aşkar etmək və onların aradan qaldırılması üçün tədbirlər görmək. Yeni sexlərin və sahələrin təşkili və planlaşdırılmasında, yüksək məhsuldarlığa malik yeni texnoloji proseslərin işlənib hazırlanmasında, xammal, əsas və köməkçi materiallar və yarımfabrikatlara texniki şərtlərin və tələblərin tərtib edilməsində və onlara yenidən baxılmasında, yanacaq və elektrik enerjisi, xammal və material sərfiyyatının azaldılmasında, qüsurların qarşısının alınması və aradan qaldırılmasında iştirak etmək. Məhsulların istehsalı texnologiyasının təkmilləşdirilməsini, elmi və texnoloji nailiyyətlərin, mütərəqqi texnologiyaların, resurs sərfiyyatını azaldan və ətraf mühiti qoruyan yüksək məhsuldarlıqlı tullantısız texnologiyaların tətbiqini, texnoloji layihələrin layihələndirilməsi və tətbiqini təmin etmək. İş yerlərinin attestasiyası və səmərələşdirilməsi tədbirlərini həyata keçirmək. Ölçülmüş parametrlərin diapazonunun və ölçmə dəqiqliyi üçün optimal standartların müəyyən edilməsi, onların həyata keçirilməsi üçün zəruri vasitələrin seçilməsi, məhsulun keyfiyyətinə nəzarət üsullarının təkmilləşdirilməsi işlərində iştirak etmək. Müəssisənin yenidən qurulması layihələrinin işlənib hazırlanmasında, yeni texnika və texnologiyanın mənimsənilməsi müddətinin azaldılmasında, istehsal güclərindən səmərəli istifadə edilməsində, istehsalın enerji və material sərfinin azaldılmasında, səmərəliliyinin artırılmasında, məhsul keyfiyyətinin və əməyin yaxşılaşdırılmasında iştirak etmək. Yeni texnoloji proseslərin işlənib hazırlanması üzrə elmi-tədqiqat və təcrübi işlərin aparılmasına nəzarət etmək, avadanlıqların istehsalat sınaqlarında və istismara qəbulu üzrə komissiyaların işində iştirak etmək. Şöbənin işçilərinə rəhbərlik etmək, işçilərin ixtisasının artırılması üzrə işləri təşkil etmək. Namizədə tələblər Ali təhsil – texniki/texnoloji istiqamət üzrə; Müvafiq sahədə minimum 3 il iş təcrübəsi ; İstehsalat və texnoloji proseslərin idarə edilməsi üzrə praktiki biliklər; Texnoloji proseslərin optimallaşdırılması və istehsal səmərəliliyinin artırılması üzrə anlayış; Texniki və texnoloji sənədlərlə işləmək bacarığı; İstehsalat avadanlıqları və onların iş prinsipləri barədə texniki biliklər; Kompüter proqramlarından istifadə bacarığı; Azərbaycan dili – yüksək səviyyədə; Xarici dil bilikləri üstünlükdür; Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı; Komanda idarəetməsi və effektiv kommunikasiya bacarığı; İstehsalat mühitində operativ və məsuliyyətli işləmək bacarığı. İş şəraiti İş yeri: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Salyan şossesi, 47-ci km İş qrafiki: Tam iş günü (5 günlük) Nəqliyyat: Şirkət tərəfindən sevis xidməti ilə təmin olunma Nahar: Şirkət tərəfindən təmin olunma CV-lərinizi mövzu hissəsində “Baş Texnoloq” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərməyiniz xahiş olunur: Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.