Location: Bakı
İT və təhlükəsizlik avadanlıqlarının satışı və distribütorluğu ilə məşğul olan şirkətimiz komandamıza avadanlıqların quraşdırılması, sazlanması və texniki problemlərin həlli üzrə İT mütəxəssis axtarır. Əsas vəzifə öhdəlikləri: IP kameraların, videoregistratorların, şəbəkə avadanlıqlarının və digər zəif axın sistemlərinin quraşdırılması və ilkin sazlanması; Avadanlıqların şəbəkəyə qoşulması, ilkin konfiqurasiyası və işlək vəziyyətinin yoxlanılması; Kamera görüntüsü, şəbəkə bağlantısı, enerji təchizatı və avadanlıq konfiqurasiyası ilə bağlı nasazlıqların aşkarlanması və aradan qaldırılması; Müştərilərə avadanlıqların istifadəsi və texniki istismarı barədə ilkin təlimatların verilməsi; Satışdan sonra müştərilərdən daxil olan texniki müraciətlərin araşdırılması və həll edilməsi; Zərurət olduqda obyektlərdə texniki baxış və servis işlərinin aparılması; Görülmüş işlər və aşkar edilmiş nasazlıqlar barədə texniki qeydlərin aparılması; Satış və texniki komandaya avadanlıqların texniki imkanları barədə dəstək göstərilməsi. Namizədə tələblər: İT, elektronika, telekommunikasiya və ya əlaqəli sahə üzrə biliklər; IP kameralar, NVR/DVR, switch, router və PoE avadanlıqları barədə praktiki biliklər; Kabel infrastrukturu, şəbəkə bağlantısı və avadanlıqların sazlanması üzrə anlayış; Texniki nasazlıqları müəyyən etmək və müstəqil həll yolları tapmaq bacarığı; Məsuliyyətlilik, operativlik və müştəri ilə düzgün ünsiyyət qurmaq bacarığı; Obyektlərdə texniki işlərin aparılmasına hazırlıq. Üstünlükdür: CCTV və zəif axın sistemlərinin quraşdırılması üzrə praktiki təcrübə; Texniki servis və ya avadanlıqların satışsonrası dəstəyi sahəsində təcrübə. Biz nə təklif edirik? Müxtəlif İT və təhlükəsizlik avadanlıqları ilə işləmək imkanı; Praktiki texniki biliklərin inkişafı; Peşəkar inkişaf və karyera imkanları; Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən edilir. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .