Deklarant - Almet Logistics MMC

Location: Bakı

Gömrük əməliyyatları və sənədləşmə sahəsində təcrübəsi olan, məsuliyyətli və peşəkar Deklarant axtarılır. İş yeri: Bakı şəhəri, İzmir küçəsi, Hyatt Regency, Tower II Əmək haqqı: 1100-1300 AZN Əsas vəzifə öhdəlikləri: İdxal və ixrac əməliyyatları üzrə gömrük bəyannamələrinin hazırlanması və elektron qaydada rəsmiləşdirilməsi; Qısa idxal və tranzit gömrük bəyannamələrinin tərtib edilməsi; Sərbəst dövriyyəyə buraxılış bəyannamələrinin hazırlanması; Mal və nəqliyyat vasitələrinin gömrük orqanlarında bəyan edilməsi; İxrac, müvəqqəti saxlanc və beynəlxalq tranzit prosedurları üzrə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi; Müştərilərdən daxil olan sorğuların cavablandırılması və müvafiq qaydada yönləndirilməsi; Sorğuların aidiyyəti struktur bölmələri və əməkdaşlarla koordinasiyası; Gömrük sənədlərinin düzgünlüyünə və vaxtında hazırlanmasına nəzarət edilməsi. Namizədə dair tələblər: Ali və ya peşə-ixtisas təhsili; Müvafiq sahədə minimum 2 il iş təcrübəsi; Gömrük orqanları və gömrük sənədləşməsi sahəsində təcrübə üstünlükdür; Azərbaycan dilini mükəmməl bilmək, rus və ingilis dili bilikləri arzuolunandır; MS Word, Excel və Outlook proqramları ilə işləmək bacarığı. Peşəkar və şəxsi bacarıqlar: Azərbaycan Respublikasının gömrük qanunvericiliyi üzrə biliklər; Beynəlxalq tranzit prosedurları üzrə bilik və təcrübə; Güclü kommunikasiya və koordinasiya bacarıqları; Diqqətlilik, dəqiqlik və sənədlərlə işləmək bacarığı; Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  Mü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .