Koreyadan Avtomobil İdxalı üzrə Mütəxəssis / Biznes Tərəfdaşı - Automarine AZ

Location: Bakı

Şirkətimiz Koreyadan müştərilərin sifarişi əsasında avtomobillərin seçilməsi və ölkəyə gətirilməsi istiqamətində fəaliyyət göstərir. Komandamızı genişləndirmək məqsədilə bu sahədə təcrübəsi olan, müştərilərlə işləməyi bacaran və karyerasınl inkişaf etdirmək istəyən mütəxəssis axtarırıq. Namizədə sabit əməkhaqqı əvəzinə, şirkətə qazandırdığı gəlirin 40%-i həcmində pay təklif olunur. Bu əməkdaşlıq modeli mütəxəssisə öz təcrübəsi və nəticələri əsasında gəlir əldə etmək, eyni zamanda şirkətlə uzunmüddətli gəlirdən pay sahibliyi  tərəfdaşlığı qurmaq imkanı yaradır. Əsas vəzifələr Koreyadan avtomobil sifarişi ilə maraqlanan müştərilərin cəlb edilməsi; Müştərilərin ehtiyac və büdcəsinə uyğun avtomobillərin seçilməsi; Müştərilərlə danışıqların aparılması və sifarişlərin rəsmiləşdirilməsinin təşkili; Avtomobilin alınması və Azərbaycana gətirilməsi prosesinin əlaqələndirilməsi; Mövcud müştəri əlaqələrinin qorunması və yeni müştəri bazasının formalaşdırılması; Satışların və şirkətin gəlirlərinin artırılmasına yönəlmiş fəaliyyətin həyata keçirilməsi. Namizədə tələblər Koreyadan avtomobil idxalı və sifarişli avtomobil satışı sahəsində iş təcrübəsi; Avtomobil bazarını, sifariş və idxal proseslərini yaxşı bilmək; Rus dilində sərbəst danışıq və işgüzar ünsiyyət bacarığı; Güclü ünsiyyət, danışıqlar aparmaq və müştəri cəlb etmək bacarığı; Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq; Müstəqil işləmək və biznes əlaqələrini inkişaf etdirmək bacarığı. Biz nə təklif edirik? Şirkətə qazandırdığınız gəlirin 40%-i həcmində pay; Sabit əməkhaqqı əvəzinə nəticəyə əsaslanan qazanc modeli; Şirkətin mövcud imkanlarından və təşkilati dəstəyindən yararlanmaq imkanı; Peşəkar təcrübənizi gəlirə çevirmək və müştəri portfelinizi genişləndirmək fürsəti; Qarşılıqlı etimada əsaslanan uzunmüddətli biznes tərəfdaşlığı. Bu sahədə təcrübəniz varsa, rus dilində sərbəst ünsiyyət qurursunuzsa və gəlirinizi öz nəticələriniz əsasında artırmaq istəyirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Qeyd: Bu vakansiya sabit əməkhaqqı nəzərdə tutmur. Gəlirin hesablanması, 40% payın tətbiq qaydası və tərəflərin öhdəlikləri əməkdaşlıq şərtləri əsasında müəyyən edilir.