Location: Bakı
Namizədə aid tələblər: Ali təhsil: Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil; Təhsil dərəcəsi: Bakalavr; Sahə üzrə iş təcrübəsi: Maliyyə sektorunda azı 3 illik iş təcrübəsinin olması arzu olunandır (sığorta sahəsində üstünlük verilir); Dil bilikləri: Azərbaycan (əla), İngilis (yaxşı) və Rus (arzu olunan); Peşəkar mühasib sertifikatının (PMS) olması arzu olunandır; Kompüter bilikləri: MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli və 1C proqramını yüksək səviyyədə bilməsi arzu olunandır; Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu arzu olunandır (ACCA /DipIFR); Digər: Analitik təhlil etmə və komandada işləmək bacarığı. Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat: Vergi, DSMF, statistika, məşğulluq üzrə bəyannamələrin və hesabatların hazırlanmasının və vaxtlı-vaxtında aidiyyatı dövlət qurumlarına təqdim olunmasının təmin olunması; Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək; Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat və təkrarsığorta əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək; Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi; Debitor və kreditor borcların uçotunun və üzləşmələrin aparılması; Həm beynəlxalq, həm də yerli müştərilərlə yazışmalar aparmaq; Rəhbərlik tərəfindən verilən bütün tapşırıqların zamanında icra olunmasını təmin etmək. İş şərtləri: Əmək müqaviləsi bağlanılır. Könüllü tibbi sığorta. Push30 tətbiqində ödənişsiz üzvlük. İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir. Əmək haqqı: 1500 AZN (gross). Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza. Namizədlərdən xahiş olunur ki, mövzu başlığında vəzifənin adını qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.