Location: Bakı
Vəzifə öhdəlikləri Şirkətə daxil olan bütün qaimə fakturaların uçotu, təsdiqlərinin alınması üçün menecerlərə ünvanladırılması, hesabatının hazırlanması və proqram təminatında lazımı hesablarda uçotunun aparılması; Qaimə faktura göndərən qarşı tərəflərlə üzləşmənin aparılması, qaimədən əvvəl təqdim olunan marketing xərclərinin hesabatlarının hazırlanması, qaimələrin düzəlişə və ya ləğvə göndərilməsinin səbələrinin araşdırılması; Şəbəkələr və top maqazinlər üzrə həftəlik və aylıq əsasda qalıq borcları barədə hesabatların rəhbərliyə təqdim edilməsi; Şəbəkələr üzrə gecikmiş qaimələrin siyahısının çıxarılması və aidiyyatı şəxslərə təqdim edilməsi; Mənfəət-zərər hesabatının hazırlanması, onunla əlaqədar olaraq bütün işlək faylların hazırlanması (silinmələr, aksiyaların sayılması, vaxtı bitmiş mal hesabatı, kommersiya büdcələri), bütün müxabirləşmələrin proqramda tanıdılması; Qida üzrə bütün portfellərin mal girişi zamanı büdcələrin hesablanması və proqramda maya dəyərlərinə əlavə edilməsi; Qida üzrə bəzi portfellərin büdcə üzləşmələrinin aparılması, lazimi məlumatların hazırlanması; Bəzi şəbəkələr üzrə ödəniş bölgüsünün hazırlanması və mühasibatlığa təqdim edilməsi; Ödəniş üçün nəzərdə tutulan qaimələrin yığılaraq mühasibatlığa təqdim edilməsi; Mağazalar üzrə vadə günlərinin rəhbərin göstərişinə əsasən azaldılıb-artıqılmasını həyata keçirmək; ƏDV balans hesabının qalıqlarının təmizlənməsi, əvəzləşmə edilən məbləğlərin bağlanmasını proqramda həyata keçirmək; Kreditor borclara nəzarət və proqramda qalıqlarının düzəldilməsinin həyata keçirilməsi. Bank kredit faizlərinin hesablanması və portfellər üzrə bölgüsünün verilməsi hesabatı; Paşa Həyat Sığortasına qoşulmuş əməkdaşların ödənişlərinin işlənilməsi və ümumi olaraq administrator funksiyasının icrasının həyata keçirilməsi; Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni həyata keçirməlidir; Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir; Bütün növ ciddi hesabat sənədlərinin qeydiyatını aparır; Struktur bölmə rəhbərinin həvalə etdiyi digər işləri yerinə yetirir İş şəraiti İş saatı həftənin 5 günü 09:00 – 18:00 İş yeri Köroğlu metrosu tərəfində yerləşir Namizədə qarşı tələblər Ali iqtisadi təhsili olmalıdır; Maliyyə və Mühasibatlıq sahəsində iş təcrübəsi olmalıdır; Mükəmməl səviyyədə Microsoft Office proqramları bilməlidir; AR Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsinin tələblərini yaxşı səviyyədə bilməli və işində rəhbər tutmalıdır Yaş həddi – 25 - 40 Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.