İstehsalat texiniki xidməti / Texniki Nəzarət və Keyfiyyət şöbəsi - Elektrik mühəndisi - Bakı Metropoliteni

Location: Bakı

Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün İstehsalat Texniki Xidmətinin Texniki Nəzarət və Keyfiyyət şöbəsinə Elektrik mühəndis axtarırıq!  Vəzifə funksiyası: Namizəd elektrik təchizatı və paylayıcı sistemlərin texniki vəziyyətinin qiymətləndirilməsi, qurğularının istismarı və texniki xidmət proseslərinə nəzarət, elektrik layihələrinin və texniki sənədlərin təhlili, uyğunsuzluqların və nasazlıqların səbəblərinin müəyyən edilməsi, eləcə də onların aradan qaldırılması üzrə təkliflərin hazırlanması işlərini həyata keçirəcək. Sizi hansı öhdəliklər gözləyir? Elektrik təchizatı və paylayıcı sistemlərin texniki vəziyyətini qiymətləndirmək, istismar və texniki xidmət proseslərinə nəzarət etmək; Qurğularının, güc transformatorlarının, kommutasiya avadanlıqlarının və kabel xətlərinin texniki vəziyyətini təhlil etmək; Sxemlərini təhlil etmək, layihə həllərinin faktiki istismar şəraitinə uyğunluğunu qiymətləndirmək və texniki uyğunsuzluqları müəyyənləşdirmək; Avadanlıqlarında yaranan nasazlıqların səbəblərini araşdırmaq və onların aradan qaldırılması üzrə texniki təkliflər hazırlamaq; Elektrik yüklərinin, işçi cərəyanların, gərginlik düşümünün və qısaqapanma cərəyanlarının hesablanmasını həyata keçirmək; Rele mühafizəsi, avtomatika, ehtiyat qidalanmanın avtomatik qoşulması (AVR) və elektrik idarəetmə sistemlərinin iş prinsiplərini təhlil etmək; Podratçı təşkilatlar tərəfindən yerinə yetirilən işlərin texniki tələblərə və layihə sənədlərinə uyğunluğunu yoxlamaq; Texniki hesabatlar, nöqsan aktları və müvafiq texniki təkliflər hazırlamaq; Elektrik qurğularının istismarı zamanı təhlükəsizlik qaydalarına və qüvvədə olan normativ tələblərə riayət olunmasına nəzarət etmək. Namizədlərdən tələblərimiz Ali təhsil (Elektrik mühəndisliyi, elektroenergetika, elektrik təchizatı və ya müvafiq texniki ixtisas üzrə); Elektrik qurğularının istismarı, texniki xidməti və ya layihələndirilməsi sahəsində minimum 3 il iş təcrübəsi; Elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və istehlakının əsas prinsipləri üzrə biliklər; 0,4 kV və orta gərginlikli elektrik paylayıcı qurğularının, güc transformatorlarının, açarların, ayırıcıların və digər kommutasiya avadanlıqlarının iş prinsiplərini bilmək; Elektrik təchizatı sistemlərinin birxətli və prinsipial sxemlərini oxumaq və təhlil etmək bacarığı; Kabel xətlərinin seçilməsi, en kəsiyinin hesablanması və mühafizə aparatlarının seçilməsi prinsipləri üzrə biliklər; Rele mühafizəsi, avtomatika, AVR, torpaqlama və elektrik cərəyanından mühafizə üsulları üzrə biliklər; Elektrik mühərrikləri, tezlik çeviriciləri, yumşaq işəsalma qurğuları və idarəetmə sistemləri üzrə biliklər; PLC və SCADA sistemləri barədə ümumi anlayış; AutoCAD proqramında elektrik sxemlərini və layihə çertyojlarını oxumaq bacarığı; Elektrik Qurğularının Quraşdırılması Qaydaları (EQQQ), elektrik qurğularının texniki istismarı və təhlükəsizlik qaydaları, həmçinin IEC 60364, IEC 60947, IEC 62271 və IEC 60204-1 standartları üzrə biliklər; Texniki sənədləri, hesabatları və nöqsan aktlarını hazırlamaq bacarığı; MS Office proqramlarında sərbəst işləmək bacarığı; İngilis və ya rus dilində texniki sənədləri oxumaq bacarığı; Analitik düşünmə və problem həll etmə bacarığı. Metropoliten Sizə nə təklif edir? Sabit və etibarlı iş mühiti; Peşəkar komandada inkişaf və karyera imkanları; Metropolitendən ödənişsiz istifadə imkanı; Güzəştli nahar təminatı; Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı; Psixoloji dəstək xidməti. Vakansiyaya müraciət etmək üçün Metropolitenin  hr.metro.gov.az   portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5684    müraciətinizi tamamlaya bilərsiniz. Uğurlar!