Yüklənir...
Location: Bakı
İş şəraiti İş yeri: Lökbatan, Bakı Məşğulluq: Tam ştat İş qrafiki: 6/1, 09:00–17:00 Əməkhaqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən razılaşdırılır. Vəzifə haqqında BRPG MMC metal emalı və metal konstruksiyaların istehsalı sahəsinə rəhbərlik edəcək təcrübəli İstehsalat meneceri (Production Manager) axtarır. Müəssisənin istehsalat sahəsi metalın səthinin təmizlənməsi, lazer kəsimi, əyilməsi, qaynaqlanması, metal konstruksiyaların hazırlanması və digər metal emalı proseslərini əhatə edir. İstehsalat meneceri sifarişlərin qəbulundan hazır məhsulun təhvil verilməsinə, o cümlədən metal konstruksiyaların sifarişçi obyektlərində montajına qədər bütün istehsalat proseslərinin planlaşdırılmasına, təşkilinə və idarə edilməsinə cavabdeh olacaq. Əsas vəzifə öhdəlikləri İstehsalatın planlaşdırılması və idarə edilməsi İstehsalat sahəsinin gündəlik fəaliyyətinin təşkili və idarə olunması; Sifarişlər üzrə istehsalat planlarının və icra qrafiklərinin hazırlanması; Sifarişlərin istehsalat sahələri və avadanlıqlar arasında optimal bölüşdürülməsi; Metal konstruksiyaların və müxtəlif metal elementlərin texniki cizgilərə uyğun hazırlanmasının təşkili; İstehsalat proseslərinin müəyyən edilmiş müddətlərdə və keyfiyyət tələblərinə uyğun tamamlanmasının təmin edilməsi. Avadanlıqların və resursların idarə edilməsi Lazer kəsim, abkant, metal səthinin təmizlənməsi, qaynaq və digər istehsalat avadanlıqlarının səmərəli istifadəsinin təşkili; Avadanlıqların istehsalat gücünün və yüklənməsinin optimallaşdırılması; Avadanlıqların texniki xidmətinin və saz vəziyyətdə saxlanılmasının təşkili; Xammal və material sərfiyyatına nəzarət, istehsalat tullantılarının minimuma endirilməsi; Metal konstruksiyaların montajının təşkili Hazırlanmış metal konstruksiyaların sifarişçi obyektlərində montaj işlərinin planlaşdırılması və təşkili; Montaj briqadalarının fəaliyyətinin koordinasiyası; Montaj işləri üçün tələb olunan texnika, avadanlıq və işçi qüvvəsinin planlaşdırılması; Montaj işlərinin layihəyə, texniki tələblərə və müəyyən edilmiş qrafikə uyğun icrasına nəzarət. İşçi heyətinin və keyfiyyətin idarə edilməsi İstehsalat operatorlarının, qaynaqçıların,və montaj briqadalarının işinin təşkili; İşçilər arasında vəzifə bölgüsünün aparılması və tapşırıqların icrasına nəzarət; İstehsalatın bütün mərhələlərində keyfiyyətə nəzarətin təmin edilməsi; Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət; İstehsalatın gündəlik və həftəlik göstəriciləri üzrə rəhbərliyə hesabatların təqdim edilməsi. Namizədə tələblər Ali texniki təhsil (mexanika, maşınqayırma, inşaat mühəndisliyi və ya əlaqəli ixtisaslar); Metal emalı və ya metal konstruksiyaların istehsalı sahəsində minimum 5 il iş təcrübəsi ; İstehsalat sahəsində rəhbər vəzifədə minimum 3 il idarəetmə təcrübəsi ; Metal konstruksiyaların hazırlanması, qaynaq, kəsim, əymə və quraşdırma texnologiyaları üzrə biliklər; Lazer kəsim, abkant və digər CNC avadanlıqlarının iş prinsiplərini bilmək; Texniki cizgilərin və istehsalat sənədlərini sərbəst oxumaq bacarığı; Metal konstruksiyaların istehsalı və montajı üzrə praktiki təcrübə; İstehsalat proseslərinin planlaşdırılması və işçi heyətinin idarə edilməsi bacarığı; MS Excel və AutoCAD proqramları ilə işləmək bacarığı; İstehsalatda əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilmək; Təşkilatçılıq, məsuliyyətlilik və operativ qərarvermə bacarığı. Biz təklif edirik Rəqabətqabiliyyətli əməkhaqqı; Rəsmi əmək müqaviləsi; Müasir istehsalat avadanlıqları ilə işləmək imkanı; İstehsalat proseslərinin inkişafında və təkmilləşdirilməsində iştirak; Uzunmüddətli əməkdaşlıq və peşəkar inkişaf imkanları. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Production Manager” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər görüşə dəvət ediləcək.