Location: Bakı
Gəncə şəhərində servis mərkəzinə anbardar vəzifəsinə namizəd axtarışındayıq. Vəzifə öhdəlikləri: Anbarın gündəlik idarə edilməsi : materialların, alətlərin və ehtiyat hissələrinin düzgün saxlanılması və izlənməsi. Malların qəbul edilməsi, yerləşdirilməsi və ehtiyatların yoxlanılması . Malların uçotu və anbarın inventarizasiyası : materialların sayı və keyfiyyəti haqqında məlumatın daim yenilənməsi. Əməliyyatlar üçün lazım olan materialların təmin edilməsi : tələb olunan ehtiyatların sifarişi və çatdırılmasına nəzarət etmək. Anbarın səliqəli və təmiz saxlanması : materialların düzgün şəkildə yerləşdirilməsi və təhlükəsizlik qaydalarına riayət edilməsi. Malların daşınması və qəbulu zamanı düzgün prosedurların izlənməsi . Nasazlıq və itki olduqda dərhal rəhbərliyə məlumat verilməsi . Tələb olunan bacarıqlar və təcrübə: Anbar idarəetməsi sahəsində təcrübə . Dil bilikləri : ingilis dili, rus dili İnventarizasiya və ehtiyatların idarə edilməsi barədə biliklər. 1C və ofis proqramları ilə işləmə bacarığı. Yüksək təşkilatçılıq və komanda idarəetmə bacarıqları . İş şəraiti: Əmək qanunvericiliyinə uyğun münasibətlərin rəsmiləşdirilməsi . Əmək haqqı müsahibə zamanı təcrübə və bacarıqlara əsasən təyin ediləcək. Vakansiya ilə bağlı müraciət üçün əlavə CV formasını e-mail vasitəsilə mövzu yerinə “ Anbardar ” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.