Location: Bakı
BOKT “Caspian İnvest” MMC “İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir. Vəzifə öhdəlikləri: İnformasiya təhlükəsizliyi üzrə gündəlik işlərə dəstək olmaq; Təhlükəsizlik sistemlərindən daxil olan məlumatların ilkin yoxlanılmasında iştirak etmək; İstifadəçi girişləri və hesablarla bağlı proseslərə dəstək olmaq; Aşkar edilmiş təhlükəsizlik problemlərinin qeydiyyatına və izlənilməsinə kömək etmək; Təhlükəsizlik yoxlamaları zamanı məlumatların toplanmasına dəstək olmaq; İnformasiya təhlükəsizliyi üzrə sənədlərin hazırlanmasına və yenilənməsinə kömək etmək; İnformasiya təhlükəsizliyi maarifləndirmə tədbirlərində iştirak etmək. İş şərtlərimiz: Əmək haqqı: 570 Azn Gross İş vaxtı: 9.00 – 18.00 İstirahət günləri: Şənbə və Bazar günü. Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli küç 2-ci paralel /15 Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə Tələblər: İT, informasiya təhlükəsizliyi və ya əlaqəli sahədə təhsil alan və ya yeni məzun; Kompüter və İT sistemləri haqqında ümumi anlayış; Windows və Linux haqqında ilkin bilik; Şəbəkə və informasiya təhlükəsizliyinin əsasları haqqında ilkin anlayış; MS Office proqramlarından istifadə bacarığı; Öyrənməyə həvəsli və məsuliyyətli olmaq; Analitik düşüncə və komandada işləmək bacarığı; Azərbaycan dili yaxşı səviyyədə; İngilis dilində texniki sənədləri oxuya bilmək üstünlükdür. Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, CV-ni "İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis" mövzu hissəsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.