Location: Bakı
Əsas vəzifə öhdəlikləri: Şirkətin biznes və kommersiya hədəflərinə uyğun marketinq və PR strategiyasını hazırlamaq və həyata keçirmək; Brend strategiyasını, mövqeləndirməni və bütün kommunikasiya kanallarında vahid brend dilini idarə etmək; Reklam, PR və digital kampaniyaları planlamaq, kreativ konseptlərin hazırlanmasına rəhbərlik etmək və nəticələri qiymətləndirmək; Google Ads, Meta Ads, Google Analytics, Google Tag Manager, Meta Business Suite, CRM və digər marketinq alətlərindən istifadə etməklə kampaniyaların idarə olunmasını və nəticələrin təhlilini təmin etmək; Sosial media, veb-sayt, e-mail marketing və digər digital kanallar üzrə kommunikasiya fəaliyyətlərini idarə etmək; Media əlaqələri, korporativ kommunikasiya, tədbir, sərgi və digər PR layihələrini təşkil etmək; Designer, videographer, content creator, agentlik və digər xarici tərəfdaşların işini koordinasiya etmək; Bazar, müştəri davranışları, rəqiblər və yeni marketinq trendlərini təhlil edərək yeni imkanlar və ideyalar formalaşdırmaq; Marketinq KPI-larını, reklam nəticələrini, lead və konversiya göstəricilərini təhlil etmək, hesabatlar hazırlamaq və fəaliyyətləri optimallaşdırmaq; Namizədə tələblər Marketinq, PR, Kommunikasiya, Biznes və ya əlaqəli sahə üzrə ali təhsil; Marketinq və PR sahəsində minimum 3 il iş təcrübəsi, menecer səviyyəsində təcrübə üstünlükdür; Kreativ layihələrin və xarici tərəfdaşların idarə olunması üzrə təcrübə; Azərbaycan dili səlis ( Rus və İngilis üstünlükdür ) bilmə bacarığı İş şəraiti İş ünvanı: Ağ şəhər Əmək haqqı: Müsahibə əsasında Uyğun namizədlər CV-lərini mövzu hissəsində “ Marketing & PR Manager” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.