Location: Bakı
Vəzifə öhdəlikləri: ”Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri çərçivəsində açıq tender üsulunu tətbiq etməklə elektron satınalma, təkliflər sorğusu və kotirovka sorğusu prosedurlarının keçirilməsinin təşkil edilməsi ilə bağlı işləri nəzarətdə saxlamalı; Tender sorğularının hazırlanmasına və qiymətləndirilməsinə nəzarət etməli, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prosesinin yekunlaşdırılmasını təmin etməli; Bazarın təhlilini, tələb olunan materialların daxili və xarici bazarda araşdırılmasını, təchizatçı bazasının hazırlanmasını və təhlilini təmin etməli; Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsinə nəzarət etməli; Təchizat sifarişlərinin düzgün idarə edilməsinin (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması) nəzarətdə saxlanılmasını həyata keçirməli; Satınalma müqavilələrinin şərtlərinə əsasən müqavilə öhdəliklərinin icrasına nəzarət etməli; Təchizatçıların seçimi, analizi və qiymətləndirilməsinin təmin etməli; Sənədləşmələrin düzgün şəkildə təşkil edilməsinə nəzarət etməli; Rəhbərliyin digər tapşırıq və göstərişlərini yerinə yetirməli. Vəzifəyə dair tələblər: Ali təhsil (hüquq, iqtisadi, texniki) Azərbaycan, rus və ingilis dillərini bilməli; Müvafiq sahədə (Satınalmalar üzrə) 3-5 il iş təcrübəsi; Dövlət satınalmaları haqqında” qanun barədə yüksək səviyyədə məlumatlılıq; Microsoft Office proqramlarından istifadə bacarığı (xüsusilə, Excel,Word); Yüksək səviyyədə analitik düşünmə bacarığı və məsuliyyətli olması; Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür (CİPS, CIPP, Dövlət Satınalmaların Təşkili və İdarə olunması barədə). Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar: Komanda ilə işləmək bacarığı; Analitik təhlil; Dəqiqlik; Məsuliyyətlilik. İş qrafiki: 5 günlük iş rejimi (5 gün 09.00-18.00, şənbə günü 10:00-14:00) İstirahət günləri - şənbə və bazar Əmək haqqı 2310 AZN (GROSS) müəyyən ediləcək. Uyğun namizədlər CV-lərini “Satınalmalar şöbəsinin müdir müavini” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.