Location: Bakı
İş şəraiti İşəgötürən: Eden Agro MMC Struktur: EDN - Əməliyyatlar departamenti Birbaşa rəhbər: Aqronomiya əməliyyatları üzrə direktor İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00); Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir. Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir. Vəzifə öhdəlikləri: GNSS/GPS/RTK və digər geodeziya avadanlıqları vasitəsilə əkin və torpaq sahələrinin ölçülməsini həyata keçirmək; Torpaq sahələrinin faktiki sərhədlərini, koordinatlarını və sahə ölçülərini müəyyən etmək; Ölçmə nəticələri əsasında elektron xəritələr, sahə konturları və koordinat cədvəlləri hazırlamaq; Əkin sahələrinin EKTİS bəyannamələrinin tələblərinə uyğun xəritələşdirilməsini və bölgüsünü həyata keçirmək; Ölçmə nəticələrini mövcud kadastr məlumatları və torpaq sənədləri ilə müqayisə etmək, sərhəd fərqlərini, üst-üstə düşmələri və ehtimal olunan zəbt hallarını müəyyənləşdirmək; Yeni aqropark layihələri üzrə geodeziya ölçmələrini və xəritələşdirmə işlərini həyata keçirmək; Ölçmə və xəritələşdirmə məlumatlarının düzgünlüyünü yoxlamaq, uyğunsuzluqları araşdırmaq və zərurət yarandıqda təkrar ölçmələr aparmaq; Görülmüş işlər üzrə müvafiq hesabatları, elektron xəritələri və koordinat fayllarını hazırlamaq və aidiyyəti üzrə təqdim etmək. Vəzifə tələbləri: Geodeziya, topoqrafiya, kartoqrafiya, geomatika, torpaq kadastrı və ya digər əlaqəli ixtisas üzrə təhsil; Geodeziya ölçmələri, koordinat sistemləri, xəritə miqyası və sahə hesablamaları üzrə biliklər; GNSS/GPS/RTK avadanlığı və ya elektron taxeometrlə ölçmə aparmaq və ölçmə məlumatlarını emal üçün ixrac etmək bacarığı; QGIS, AutoCAD və ya digər xəritələşdirmə proqramlarından istifadə üzrə baza bacarıqlarının olması üstünlükdür; Torpaq sənədlərini və kadastr planlarını oxumaq, faktiki ölçmə nəticələri ilə müqayisə etmək və uyğunsuzluqları müəyyənləşdirmək bacarığı; EKTİS və aqrar sahələrin xəritələşdirilməsi üzrə təcrübənin olması üstünlükdür; Analitik düşünmə, detallara diqqət, məsuliyyətlilik və ünsiyyət bacarıqları; B kateqoriyalı sürücülük vəsiqəsi; Açıq ərazidə sahə işləri aparmağa hazırlıq. MS PowerPoint və digər MS Office proqramlarından istifadə bacarığı; Məlumatları sistemləşdirmək və detallara diqqət yetirmək bacarığı; Məntiqi düşünmə və problem həll etmə bacarığı; Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı; Məsuliyyətlilik, dəqiqlik və öyrənməyə həvəs; Azərbaycan dili biliyi; rus və ya ingilis dili biliyi üstünlükdür. Biz təklif edirik: Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi Peşəkar və liderlik inkişaf proqramları Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “ Geodeziya və xəritələşdirmə üzrə mütəxəssis ” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.