İnformasiya Təhlükəsizliyinin Təmin Edilməsi Departamenti/İqtisadi təhlükəsizlik şöbəsi/ Fraud və dələduzluğa qarşı mübarizə üzrə mütəxəssis - Express Bank

Location: Bakı

Təsvir Rəqəmsal dələduzluğun idarəedilməsi sistemləri ilə müəyyən edilməyən dələduzluq insidentlərinin aşkar edilməsi; Bankın filial və şöbələrindən, o cümlədən məlumat mərkəzi və rəqəmsal kanallardan daxil olan dələduzluq riskləri və insidentlərinin axınının müəyyən edilməsi və məlumat axının düzgün təşkil edilməsi; Məhsul və xidmətlər üzrə dələduzluq faktorlarına dair yoxlamalarının həyata keçirilməsi; Bankın əsas rəqəmsal kanalları (Kart, Mobil, İnternet Bankçılıq) üzrə risk və insidentlərin müəyyən edilməsi və uçotunun aparılması; Rəqəmsal dələduzluq hallarının qarşısının alınması istiqamətində tədbirlərinin həyata keçirilməsi; Aktual rəqəmsal dələduzluq insidentlərinin idarəedilməsi istiqamətində bankdaxili və müştərilər ilə kommunikasiyanın təşkil edilməsi; Fraud hallarının araşdırılması, səbəblərinin müəyyən edilməsi və nəticələrin sənədləşdirilməsi; Fraud risklərinin azaldılması məqsədilə qayda və ssenarilərin (fraud rules/scenarios) hazırlanması və təkmilləşdirilməsi; Fırıldaqçılığın monitorinqi sisteminin hazırlanması layihəsində iştirak; Böyük həcmli məlumatların təhlili və məlumatlar əsasında nəticələrin çıxarılması; Şübhəli və qeyri-standart əməliyyatlarının operativ şəkildə müəyyənləşdirilməsi və araşdırılması; Məlumatlarla işləyərkən məxfilik və informasiya təhlükəsizliyi prinsiplərinə riayət edilməsi. Tələblər Ali təhsil (iqtisadiyyat, maliyyə, bank işi, informasiya texnologiyaları, kibertəhlükəsizlik və ya əlaqəli sahələr üzrə); Bank və ya maliyyə sektorunda anti-fraud, risklərin idarə edilməsi, maliyyə monitorinqi və ya analitik sahədə iş təcrübəsi; Bank məhsulları və ödəniş sistemləri üzrə əsas biliklər; Kart əməliyyatları, P2P/C2C köçürmələri, onlayn ödənişlər və rəqəmsal bankçılıq əməliyyatları üzrə biliklər; Fırıldaqçılıq (fraud) sxemlərinin və şübhəli əməliyyatların müəyyənləşdirilməsi və təhlili bacarığı; SQL üzrə yüksək səviyyədə biliklər; Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, ingilis və/və ya rus dili biliyi arzuolunandır; Komanda ilə işləmək və müxtəlif struktur bölmələrlə effektiv kommunikasiya qurmaq bacarığı; Stressə davamlılıq, operativ qərarvermə və yüksək məsuliyyətlilik. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər  Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.