Yüklənir...
Location: Bakı
"FAB Şirkətlər Qrupu"- komandamıza Lənkəran və Sabirabad bölgələri üzrə "Bölgə Müdiri" vəzifəsinə vakansiya elan edir! İş şəraiti Şirkət: FAB Group / OMİD MMC İş qrafiki: Həftənin 6 günü, 08:00 – 17:00 Əməkhaqqı: 2500 AZN (yemək, yanacaq və amortizasiya xərcləri daxildir) + nəticəyə əsaslanan bonus sistemi Əsas vəzifə öhdəlikləri: Şirkətin məhsul və xidmətlərini müştərilərə peşəkar şəkildə təqdim etmək; Satış nümayəndələrindən ibarət komandanın fəaliyyətini planlamaq, onları motivasiya etmək və nəticələrə nəzarət etmək; Mövcud müştəri bazasını inkişaf etdirmək və müştəri məmnuniyyətini qorumaq; Satış proseslərinin təhlilini və sənədləşmənin idarə edilməsini təmin etmək; Həftəlik və aylıq satış hesabatlarını vaxtında hazırlamaq; Müştəri debitor borclarını izləmək və ödənişlərin vaxtında daxil olmasını təmin etmək; Komanda daxilində iş proseslərinin səmərəli təşkilini və planlaşdırılmasını həyata keçirmək. Namizədə olan tələblər: Şəxsi avtomobilin olması mütləq şərtdir; Yaş həddi: 25 – 45 ; Satış sahəsində ən azı 5 il iş təcrübəsi; Komanda idarəçiliyi və bölgə satış meneceri vəzifəsində təcrübənin olması üstünlükdür; Yüksək liderlik və komandanı idarəetmə bacarığı; Özünü inkişaf etdirməyə meylli və nəticəyönümlü yanaşma; Dəqiqlik, intizam və işə məsuliyyətli münasibət; Satış göstəricilərini təhlil etmək və analitik məlumatlara əsaslanaraq fəaliyyət planları qurmaq bacarığı; Vaxtı düzgün idarə etmək və tapşırıqlar arasında prioritetləri müəyyənləşdirmək bacarığı. Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində "Bölgə Müdiri – Lənkəran/Sabirabad" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.