Büdcə və hesabatlılıq üzrə baş mütəxəssis - Foodcity Agropark

Location: Bakı

Tələblər: Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsi üzrə ali təhsil; Büdcə planlaması, maliyyə analizi və hesabatlılıq sahəsində minimum 3 il iş təcrübəsi; Əsas şirkət və törəmə müəssisələr üzrə maliyyə uçotu və nəzarət proseslərində təcrübə; Analitik düşünmə, maliyyə planlaması və strukturlaşdırılmış hesabat hazırlama bacarığı; MS Excel-dən yüksək səviyyədə istifadə bacarığı; ERP sistemləri (1C və ya oxşar) ilə işləmə təcrübəsi; IFRS standartları üzrə biliklər; Analitik yanaşma, operativ qərarvermə və komanda ilə işləmək bacarığı; Azərbaycan dili – əla, İngilis və rus dilləri – işgüzar səviyyədə; ACCA (F5, F7, F9) – üstünlükdür. Vəzifə öhdəlikləri: Rəhbərlik üçün aylıq, rüblük və illik idarəetmə hesabatlarının (P&L, Cash Flow, Balance Sheet) hazırlanmasını və təqdim edilməsini təmin etmək; Şirkətin illik və rüblük büdcəsini birbaşa hazırlamaq, törəmə müəssisələrin büdcələrinin hazırlanması prosesini isə koordinasiya etmək; Biznesin səmərəliliyini artırmaq məqsədilə maliyyə modelləri qurmaq, ssenari və həssaslıq analizləri aparmaq; Büdcə icrasına nəzarət etmək, faktiki və plan göstəricilərini müqayisəli təhlil edərək kənarlaşmalar üzrə analitik hesabatlar hazırlamaq; Büdcə və hesabatlılıq proseslərinin avtomatlaşdırılması və daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq; Digər struktur bölmələri ilə əməkdaşlıq edərək maliyyə məlumatlarının dəqiqliyini və vaxtında təqdim edilməsini təmin etmək. Əlavə imtiyaz və üstünlüklər: Könüllü tibbi sığorta (3 ay sonra); “DəyərliSən” mobil tətbiqi “PAŞA Loyallıq platforması; Vakansiya ilə bağlı “Büdcə və hesabatlılıq üzrə baş mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.