Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Tikinti layihələri üzrə ərazinin topoqrafik-geodezik ölçmə və tədqiqat işlərini həyata keçirmək; Tikinti sahələrinin, binaların, qurğuların və mühəndis kommunikasiyalarının koordinat və yüksəkliklərini müəyyən etmək; Tikinti işlərinin layihə sənədlərinə uyğun olaraq geodezik təminatını həyata keçirmək; Bina və qurğuların oxlarının, bünövrələrinin, kolonlarının, divarlarının və digər konstruktiv elementlərinin layihə koordinatlarına uyğun olaraq yerə köçürülməsini (nişanlanmasını) təmin etmək; Tikinti prosesində konstruksiyaların şaquliliyini, üfüqiliyini, ox və yüksəklik göstəricilərini yoxlamaq; Bünövrə, monolit konstruksiyalar, mərtəbələr və digər tikinti elementləri üzrə geodezik ölçmələr aparmaq; Tikinti işlərinin icrası zamanı faktiki vəziyyətin layihə göstəricilərinə uyğunluğunu yoxlamaq və kənarlaşmaları müəyyən etmək; İcra olunmuş işlər üzrə icraedici geodezik sxemlərin və ölçmə materiallarının hazırlanmasında iştirak etmək; Yeraltı və yerüstü mühəndis kommunikasiya xətlərinin koordinat və yüksəkliklərini müəyyən etmək və onların faktiki vəziyyətini sənədləşdirmək; Tikinti sahəsində reperlərin, geodezik nişanların və digər ölçmə nöqtələrinin yaradılmasını və qorunmasını təmin etmək; Total Station, GPS/GNSS, nivelir və digər geodezik ölçmə cihazlarından düzgün istifadə etmək; Ölçmə cihazlarının texniki sazlığını və ölçmələrin dəqiqliyini nəzarətdə saxlamaq; AutoCAD və digər müvafiq proqramlarda topoqrafik planların, sxemlərin və ölçmə nəticələrinin hazırlanmasını həyata keçirmək. Namizədə tələblər: Cins: kişi; Yaş həddi: 25-45; Müvafiq vəzifə üzrə azı 3 il iş təcrübəsi; Ali təhsil (Geodeziya mühəndisliyi üzrə); Məsuliyyətli; Problem həlletmə və analitik düşünmə qabiliyyəti; Konfidensiallığı qoruyub saxlamaq bacarığı; İşgüzar ünsiyyət və komandada işləmə bacarığı; MS Office və Autocad proqramlarını yaxşı səviyyədə bilmək. İş şəraiti: İş yeri: Bakı şəhəri; İş rejimi: 6 günlük; Korporativ nömrə ilə təmin olunma; Əmək haqqı razılaşma əsasında. Yuxarıda göstərilən tələblərə uyğun namizədlərin CV (yalnız Azərbaycan dilində) göndərməkləri və CV-lərində referans ola biləcək şəxsləri Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur. Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.