Dezinfektor (Hacıqabul) - Hajigabul Poultry Farm Company

Location: Bakı

İş barədə məlumat: İş yeri: Hacıqabul şəhəri; Fabrikin istehsal sexləri, anbarlar, inzibati binalar və ətraf ərazidə planlı dezinfeksiya işlərinin aparılması; Dezinfeksiya məhlullarının hazırlanmasında iştirak etmək, konsentrasiyasına və sərfiyyatına nəzarət etmək; Dezinfeksiya avadanlıqlarının - motorlu və əl dusterlərinin, hidropultların istismarı və texniki vəziyyətinə nəzarət  etmək; Baytarlıq xidmətinin rəhbərliyinin verdiyi göstərişlərin vaxtında icrası; İş zamanı şəxsi gigiyena və təhlükəsizlik qaydalarına əməl olunması; Zərərvericilərə qarşı dezinseksiya və deratizasiya tədbirlərində iştirak; İş şəraiti 6 günlük iş rejimi (08:00 – 17:00) və həftədə bir gün istirahət; Nahar şirkət tərəfindən təmin edilir; Servis mövcüddur (Hacıqabul, Şirvan və Sabirabad  ray. servis xidmətimiz fəaliyyət göstərir); Əmək haqqı 600 Azn. Tələblər: Təhsil: Orta təhsil və ya Orta ixtisas ( aqronomiya, biologiya təhsili arzuolunandır);  Yaş həddi: 20 – 45 yaş arası; Bəy namizədlər; Təcrübə: Quşçuluq, heyvandarlıq və ya qida sənayesi müəssisələrində 1 il iş təcrübəsi üstünlükdür; Sağlamlıq: Ağır fiziki işə dözümlü olmalı, allergik xəstəliyi olmamalıdır; Şəxsi keyfiyyətlər: Məsuliyyətli, nizam-intizamlı, kollektivdə işləmək bacarığı; Hacıqabul, Şirvan və Sabirabad ray. müraciət edən namizədlərə üstünlük veriləcəkdir; Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.