Mühasibatlıq təlimçisi - INNAB Business School

Location: Bakı

INNAB Business School həyata keçirməyi planlaşdırdığı Mühasibatlıq proqramı üzrə təcrübəli və praktiki yönümlü təlimçi axtarır. Vəzifə öhdəlikləri: Mühasibatlıq üzrə təlimlərin keçirilməsi; Mövzuların aydın və sistemli izah edilməsi; Praktiki tapşırıqların və real iş nümunələrinin hazırlanması; İştirakçılara geribildirim verilməsi. Namizədə tələblər: Mühasibatlıq sahəsində nəzəri bilik və praktiki iş təcrübəsi; Mühasibat uçotu, maliyyə hesabatları və vergi uçotu üzrə biliklər; Əməkhaqqının hesablanması və 1C proqramı ilə işləmək bacarığı; Bilikləri praktiki nümunələrlə izah etmək bacarığı; Təlimçilik və ya mentorluq təcrübəsi arzuolunandır. Təlim mövzuları: Mühasibat uçotu, ilkin sənədləşmə, əməkhaqqı hesablanması, vergi uçotu, maliyyə hesabatları, 1C və digər mühasibatlıq mövzuları. İş qrafiki: Təlimlər yalnız gündüz saatlarında keçiriləcək .  Maraqlanan namizədlər CV-lərini və qısa məlumatlarını mövzu hissəsində “Mühasibatlıq təlimçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.