Location: Bakı
JYSK komandamıza məsuliyyətli, çevik və fiziki cəhətdən aktiv Yükləyici – Anbar əməkdaşı axtarırıq. Əgər dinamik iş mühitində çalışmağı sevirsinizsə, fiziki iş sizin üçün uyğundursa və komandada işləməyi bacarırsınızsa, JYSK komandasında sizi görməkdən məmnun olarıq! JYSK-də logistika və anbar komandası malların mağazalara və onlayn sifarişlərə vaxtında və səmərəli çatdırılmasında mühüm rol oynayır. Tələblər Təchizat maşınlarının boşaldılması və yüklərin qəbul prosesində iştirak etmək; Malların çeşidlənməsi, sayılması və müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması; Qəbul edilmiş malların müəyyən olunmuş qaydalara uyğun şəkildə anbara yerləşdirilməsi; Anbara daxil olan və anbardan çıxan malların hərəkətinə nəzarət etmək; Malların təhlükəsiz və səmərəli yerləşdirilməsini təmin etmək; Satış komandalarının sorğuları əsasında tələb olunan malları operativ şəkildə tapmaq və təqdim etmək; Anbar daxilində səliqə-sahmanın və iş zonasının düzgün təşkilinin təmin edilməsi; Anbar ehtiyatlarının düzgün idarə olunmasına dəstək olmaq; İnventarizasiya və digər anbar əməliyyatlarında iştirak etmək; Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək. Tələblər Fiziki cəhətdən sağlam və aktiv olmaq; Məsuliyyətli və intizamlı olmaq; Operativ və diqqətli işləmək bacarığı; Komanda ilə işləmək bacarığı; Anbar və ya logistika sahəsində əvvəlki iş təcrübəsi üstünlükdür, lakin məcburi deyil. JYSK-da təhlükəsizlik bizim üçün prioritetdir. Əməkdaşlar iş təhlükəsizliyi və erqonomik iş üsulları üzrə müvafiq təlimatlar alırlar. Biz nə təklif edirik? Əmək haqqı: 650 AZN + bonus İş qrafiki: növbəli, 6 günlük iş həftəsi İş yeri: JYSK (Yeni Yasamal və Crescent Mall filialları) Stabil və beynəlxalq şirkətdə çalışma imkanı, karyera yüksəlişi. Peşəkar və komanda yönümlü iş mühiti Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Yükləyici – Anbar əməkdaşı” (Yasamal yaxud Crescent mall )qeyd etməyiniz xahiş olunur. JYSK komandasına qoşulun! Birlikdə daha güclü nəticələr yaradaq.