Alman dili müəllimi (Junior, A1–A2) - Knight Academy

Location: Bakı

Knight Academy Bakıda premium standartlı dil akademiyasıdır: İngilis dili, IELTS, Alman dili və xaricdə təhsil. Alman dili proqramımız böyüyür və təcrübəli alman dili müəllimimizin komandasına A1–A2 qruplarını aparacaq junior alman dili müəllimi axtarırıq. Vəzifə öhdəlikləri A1–A2 səviyyəli alman dili qruplarında dərslərin keçirilməsi Akademiyanın tədris proqramı və hazır rəqəmsal materialları ilə işləmək — baş müəllimin metodiki rəhbərliyi ilə Dərslərə hazırlıq, tələbə irəliləyişinin və davamiyyətin qeydə alınması Akademiyanın dərs standartlarına əməl etmək: dəqiqlik, nizam-intizam, peşəkar görünüş Tələblər Alman dili: minimum B2 . Goethe / telc / ÖSD sertifikatı üstünlükdür; sertifikatı olmayan namizədlər müsahibədə səviyyə testi və canlı danışıq yoxlamasından keçəcək Başlanğıc səviyyəli tələbələrə səbirli və aydın izah bacarığı Dərslər əyani keçirilir — Xətaidə, metro yanında. Yalnız onlayn işləmək istəyən namizədlər uyğun deyil Hazırda başqa yerdə işləyən namizədlər bu vəzifəyə uyğun deyil Dəqiqlik, məsuliyyət və uzunmüddətli əməkdaşlıq niyyəti Üstünlük sayılır Alman dili tədrisi təcrübəsi (kurs mərkəzi, məktəb və ya universitet) Rus dili bilmək İngilis dili bilmək Biz nə təklif edirik Təcrübəli müəllimdən daxili təlim və metodiki dəstək Tələbə cəlbi və inzibati işlər akademiyanın üzərindədir — siz tədrisə fokuslanırsınız CV-nizi (istəsəniz, müşayiət məktubu ilə birlikdə) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Məktubun mövzusunda vəzifənin adını qeyd edin: Alman dili müəllimi (Junior, A1–A2) .