Havalandırma və Tüstüsovurma Sistemləri üzrə Texniki Mütəxəssis - Kristal

Location: Bakı

Tələblər: Müvafiq texniki sahə üzrə təhsil; Havalandırma və tüstüsovurma sistemləri üzrə texniki biliklər; Elektrik, mexaniki avadanlıqlar və avtomatika sistemləri barədə biliklər; Tikinti sahəsində iş təcrübəsi üstünlükdür; Obyektlərdə mütəmadi sahə yoxlamaları aparmağa hazır olmaq; Məsuliyyətli, diqqətli, tələbkar və operativ olmaq; Aşkar edilmiş risk və nöqsanları düzgün qiymətləndirmək və onların aradan qaldırılmasını izləmək bacarığı; Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti. Vəzifə öhdəlikləri: Havalandırma və tüstüsovurma sistemlərinin düzgün və fasiləsiz işləməsinə nəzarət etmək; Sistemlərin texniki baxışını, profilaktik xidmətini və təmir işlərini həyata keçirmək; Avadanlıqlarda yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq; Ventilyatorların, mühərriklərin, hava kanallarının, klapanların və avtomatika sistemlərinin işini yoxlamaq; Planlı texniki xidmət işlərini təşkil etmək və icrasına nəzarət etmək; Avadanlıqların texniki vəziyyəti barədə hesabatlar hazırlamaq. İş şəraiti: 6 günlük iş qrafiki; İş yeri: Bakı şəhəri və şirkətin layihələri; Əmək haqqı namizədin bilik, təcrübə və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “ Yanğın, Havalandırma və Tüstüsovurma Sistemləri üzrə Texniki Mütəxəssis ” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır