Yanğın təhlükəsizliyi üzrə mütəxəssis - Kristal

Location: Bakı

Tələblər: Yanğın təhlükəsizliyi, əməyin mühafizəsi, təhlükəsizlik və ya əlaqəli sahə üzrə bilik və iş təcrübəsi; Yanğın təhlükəsizliyi norma və qaydaları barədə məlumatlı olmaq; Tikinti sahəsində iş təcrübəsi üstünlükdür; Obyektlərdə mütəmadi sahə yoxlamaları aparmağa hazır olmaq; Məsuliyyətli, diqqətli, tələbkar və operativ olmaq; Aşkar edilmiş risk və nöqsanları düzgün qiymətləndirmək və onların aradan qaldırılmasını izləmək bacarığı; Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti. ​​​​​​​Vəzifə öhdəlikləri: Şirkətin tikinti layihələrində və hazır obyektlərində yanğın təhlükəsizliyi qaydalarına və tələblərinə riayət olunmasına nəzarət etmək; Obyektlərdə mütəmadi yoxlamalar aparmaq, yanğın riski yaradan halları və uyğunsuzluqları müəyyən etmək; Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün məsul şəxslərə müvafiq göstəriş və təkliflər vermək, icrasını nəzarətdə saxlamaq; Yanğınsöndürmə balonlarının, yanğın şkaflarının, hidrantların, siqnalizasiya və digər yanğından mühafizə vasitələrinin mövcudluğuna və işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək; Təxliyə yollarının, çıxışların və yanğın təhlükəsizliyi nişanlarının tələblərə uyğun vəziyyətdə olmasını yoxlamaq; Tikinti sahələrində qaynaq, kəsmə və digər yanğın təhlükəli işlərin təhlükəsizlik tələblərinə uyğun aparılmasına nəzarət etmək; Yanıcı və tezalışan materialların saxlanılması və istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq; Əməkdaşların yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmasında iştirak etmək və zəruri maarifləndirmə işləri aparmaq; Fövqəladə hal zamanı təxliyə və ilkin yanğınsöndürmə tədbirləri üzrə hazırlıq vəziyyətini nəzarətdə saxlamaq; Yanğın təhlükəsizliyi ilə bağlı yoxlama nəticələrini, aşkar edilmiş nöqsanları və görülmüş tədbirləri sənədləşdirmək və rəhbərliyə hesabat təqdim etmək; Yanğın təhlükəsizliyi üzrə daxili qayda və prosedurların icrasına nəzarət etmək. İş şəraiti: 6 günlük iş qrafiki; İş yeri: Bakı şəhəri və şirkətin layihələri; Əmək haqqı namizədin bilik, təcrübə və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “ Yanğın təhlükəsizliyi üzrə mütəxəssis ” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.