Yüklənir...
Location: Bakı
İş haqqında məlumat Ofisin gündəlik fəaliyyətinin təşkili və idarə olunması; Gələn zənglərin cavablandırılması və lazımi istiqamətlərə yönləndirilməsi; Sənədlərin qəbulu, qeydiyyatı və arxivləşdirilməsi; Ofis ləvazimatlarının sifarişi və tədarükünə nəzarət; Rəhbərliyin verdiyi tapşırıqların vaxtında və düzgün icrası; Qonaqların qarşılanması və onların yönləndirilməsi; Satılan məhsulların sifarişinin təsdiqlənməsi. İş şəraiti: İş yeri: Ramana (Buta şadlıq sarayın arxası, havalimanı yolunun üstü); İş rejimi: Tam ştat, 6 günlük iş həftəsi; Həftə içi-08:30-18:00 Həftə sonu-9:00-17:00 Nahar şirkət tərəfindən qarşılanır; Əmək haqqı: 600 manat (başlanğıc olaraq). Tələblər Ali və ya orta ixtisas təhsili; Oxşar sahədə minimum 2 il iş təcrübəsi; MS Office proqramlarında sərbəst işləmək bacarığı; Yüksək ünsiyyət və təşkilatçılıq qabiliyyəti; Məsuliyyətli, diqqətli və operativ olmaq; Azərbaycan dilində səlist danışmaq və yazmaq; Ən az bir xarici dil biliyi üstünlükdür.(Rus/İngilis). Müraciət qaydası: CV-nizi mövzu hissəsində “Ofis Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.