Yüklənir...
Location: Bakı
Namizədə tələblər: Yaş həddi: 30–50; Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi; Ali təhsil üstünlükdür; Satış və komandanın idarə edilməsi sahəsində praktiki təcrübə; MS Office proqramlarında işləmə bacarığı; Satış texnikaları və bazar təhlili üzrə biliklər; Liderlik, effektiv ünsiyyət və təşkilatçılıq bacarıqları; Analitik düşünmə və qərarvermə qabiliyyəti. Əsas vəzifə öhdəlikləri: Cənub bölgəsi üzrə satış hədəflərinin yerinə yetirilməsini təmin etmək; Bölgədə fəaliyyət göstərən mağazaların işinə nəzarət etmək və onların fəaliyyətini koordinasiya etmək; Mağaza müdirlərinin fəaliyyətini idarə etmək, istiqamətləndirmək və nəticələrini qiymətləndirmək; Satış göstəricilərini təhlil etmək, plan-fakt müqayisələri aparmaq və satışların artırılması istiqamətində tədbirlər həyata keçirmək; Mağazalarda əməkdaşların iş fəaliyyətinə, əmək intizamına və müştəri xidmətinin keyfiyyətinə nəzarət etmək; Mövcud müştəri bazasının inkişafını və yeni müştərilərin cəlb edilməsini təmin etmək; Rəqib şirkətlərin fəaliyyətini və regional bazar tendensiyalarını təhlil etmək; Mütəmadi satış hesabatları və analitik təhlillər hazırlamaq; Mağazaların fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflər vermək; Rəhbərlik tərəfindən verilən tapşırıq və göstərişlərin vaxtında və keyfiyyətlə icrasını təmin etmək. Şirkət tərəfindən təklif olunur: Əməkhaqqı: 1 750 AZN + əlavə bonus; Yanacaq təminatı: aylıq 350 AZN; Xidməti avtomobil şirkət tərəfindən təmin olunur; Nahar təminatı: aylıq 200 AZN; Peşəkar inkişaf və karyera imkanları. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .