Location: Bakı
Tələblər: Ali təhsil (Biznesin idarə olunması, Data analitika) Satış, planlama, satınalma və ya distribusiya sahəsində minimum 3–5 il iş təcrübəsi Azərbaycan dili və İngilis dili səlis, Rus dili biliyi arzuolunandır Analitik düşünmə və güclü hesabat hazırlama bacarığı MS Power Bİ, MS Excel və digər hesabat proqramlarında yüksək işləmə bacarığı Satış analizləri, proqnozlaşdırma və bazar araşdırmaları üzrə təcrübə Komanda idarəetmə və liderlik bacarıqları Azərbaycan dilində sərbəst, rus və ingilis dili biliklərinin olması üstünlükdür Yüksək ünsiyyət, təqdimat və problem həll etmə bacarıqları Məsuliyyətli, nəticəyönümlü və strateji düşünmə qabiliyyəti Əsas vəzifələr: Distribyutoru olduğumuz xarici şirkətlərin məhsulları üzrə satınalma prosesinin idarə olunması və sifarişlərin vaxtında həyata keçirilməsi İstehsal prosesinin fasiləsiz davamlılığını təmin etmək məqsədilə 1,5–2 illik istehsal və tələbat proqnozlarının hazırlanması Xarici anbarlarda məhsul mövcudluğunun, stok səviyyələrinin və məhsulların yararlılıq müddətlərinin (srok) daim nəzarətdə saxlanılması Hazır məhsullar üzrə alış planlarının hazırlanması və bazar tələbatına uyğun proqnozlaşdırmanın aparılması Yerli anbar qalığına gündəlik nəzarətin həyata keçirilməsi, istifadə müddəti azalan məhsullar barədə aidiyyəti şöbələrin əvvəlcədən məlumatlandırılması Məhsulların qeydiyyat statusuna uyğun olaraq satınalma və istehsal planlarının hazırlanması və koordinasiyası Satış göstəricilərinin mütəmadi analizi, bazar dinamikalarının təhlili və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi Ümumi bazar üzrə satış məlumatlarının toplanması, vahid məlumat bazasında konsolidasiya edilməsi və mütəmadi olaraq satış komandasına təqdim olunması Tibbi nümayəndələr üçün aylıq, rüblük və illik satış hədəflərinin hazırlanması, nəticələrin təhlil edilərək satış komandasına təqdim olunması Şirkətin strateji inkişaf məqsədlərinə uyğun biznes planların hazırlanması və icrasının izlənilməsi Bazar araşdırmalarının aparılması, rəqiblərin fəaliyyətinin izlənilməsi və satış statistikalarının hazırlanaraq rəhbərliyə təqdim olunması Satış və stok göstəricilərinə əsasən risklərin əvvəlcədən müəyyənləşdirilməsi və optimallaşdırıcı tədbirlərin görülməsi Satış, logistika, satınalma və istehsal şöbələri arasında koordinasiyanın təmin olunması Məhsul portfelinin effektiv idarə olunması və bazar tələbatına uyğun inkişaf təkliflərinin verilməsi Şirkətin satış strategiyasının hazırlanmasında və icrasında aktiv iştirak etmək İş şəraiti İş qrafiki: Həftədə 5 gün, 09:00–18:00 İş yeri: Bakı şəhəri Əmək haqqı: 2000 AZN Göstərilən tələblərə uyğun namizədlərdən mövzu hissəsində “Dərman təchizatı və satınalma şöbəsinin rəisi” qeyd edərək CV formasını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.