İnsan Resursları üzrə mütəxəssis - Prime Leasing MMC

Location: Bakı

Komandamıza İnsan Resursları üzrə mütəxəssis axtarırıq. Namizəddən tələblər Ali təhsilli olması İnsan Resursları üzrə minimum 1il iş təcrübəsi Yüksək səviyyədə ünsiyyət qurma və komandada işləmək bacarığı ƏMAS (Əmək Münasibətləri və Məşğulluq Alt Sistemi) və İSB (İcbari Sığorta Bürosu) platformalarında sərbəst işləmə bacarığı Məsuliyyət, dəqiqlik və detallara fikir vermək qabiliyyəti MS Office proqramlarını yaxşı səviyyədə bilməsi mütləqdir. Əsas vəzifə öhdəlikləri: Müvafiq kadr əmrlərinin hazırlanması ( işdən azad, işə qəbul, əmək məzuniyyəti, vəzifə və əməkhaqqı dəyişiklikləri üzrə) və sistemlərə daxil edilməsi Məzuniyyət cədvəlinə nəzarət edilməsi və əməkdaşların məzuniyyətlərinin vaxtlı-vaxtında və düzgün istifadə olunmasının təmin edilməsi Müxtəlif arayışların təmin edilməsi Əməkdaşların icbari sığorta prosesləri üzrə əməliyyatların həyata keçirilməsi İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə 5 günlük iş rejimi Əməkhaqqı müsahibə nəticəsində təyin olunacaq. Maraqlanan namizədlər öz CV-lərini e-mailin mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.