Location: Bakı
Respublika Diaqnostika Mərkəzinə Qeydiyyatçı tələb olunur! Namizədə tələblər: Ali təhsil (bakalavr); Rus və ya ingilis dilində danışıq səviyyəsində ünsiyyət bacarığı; Klinikada qeydiyyat/reseption sahəsində ən azı 1 il iş təcrübəsi; Stressə davamlılıq; Məsuliyyətli və operativ olmaq; Pasiyentlərlə düzgün və nəzakətli ünsiyyət qurmaq; Növbəli iş qrafikində işləməyə real imkan və hazır olmaq. Vəzifə öhdəlikləri: Pasiyentlərin nəzakətlə qarşılanması və düzgün istiqamətləndirilməsi Daxil olan müraciətlərin peşəkar şəkildə cavablandırılması Qeydiyyat və sənədləşmə proseslərinin dəqiq və səliqəli aparılması Pasiyent qəbulunun vaxt üzrə effektiv təşkili və koordinasiyası Yüksək səviyyədə pasiyent məmnuniyyətinin təmin olunması Struktur rəhbərinin iş bölgüsü əsasında müvafiq tapşırıqlarının icrası; İş şəraiti: İş qrafiki – həftədə 6gün/ növbəli İş saatları – Qrafik əsasında Əmək haqqı – 730 Azn Ünvan – Bakı, Yasamal ray. Tbilisi pr. 147 Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşmə Müraciət üçün namizədlər CV formunu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yanlız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.