Aparıcı mühasib - Samadov Law & Audit

Location: Bakı

Namizədə tələblər: Mühasibatlıq, Maliyyə, İqtisadiyyat və ya digər uyğun ixtisaslar üzrə ali təhsil; Mühasibat uçotu sahəsində minimum 2 il iş təcrübəsi ; Müəssisənin mühasibat uçotunu müstəqil şəkildə tam aparmaq bacarığı ; ƏDV, ÖMV, Vahid Muzdlu, Mənfəət vergisi və digər zəruri vergi və statistik hesabatların hazırlanması, yoxlanılması və müvafiq dövlət portalları vasitəsilə müstəqil şəkildə təqdim edilməsi ; E-taxes.gov.az və digər aidiyyəti elektron dövlət portallarından sərbəst istifadə etmək bacarığı; Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyi üzrə yaxşı praktiki biliklər; 1C 8.2 proqramında sərbəst işləmək bacarığı; Bank əməliyyatlarının uçotu və bank hesabları üzrə əməliyyatların aparılması; Debitor və kreditor borclarının uçotu və hesablaşmaların aparılması; Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi və digər əməkhaqqı hesablamaları üzrə praktiki biliklər; E-qaimə-faktura, hesab-faktura, təhvil-təslim aktı və digər ilkin mühasibat sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi; Vergi, DSMF və digər dövlət orqanları ilə bağlı hesabatların və elektron müraciətlərin vaxtında və düzgün şəkildə həyata keçirilməsi; Sənədləşdirmə və işgüzar yazışma bacarığı; Müştərilərlə peşəkar və nəzakətli ünsiyyət qurmaq, müraciət və sorğularını səbirli şəkildə dinləmək, düzgün yönləndirmək və yaranan məsələlərin həllində operativ dəstək göstərmək bacarığı; Komandada işləmək və verilmiş tapşırıqları vaxtında yerinə yetirmək bacarığı. Vəzifə öhdəlikləri: Şirkətlərin gündəlik mühasibat uçotunun tam və düzgün aparılması; Bank, kassa, debitor və kreditor əməliyyatlarının uçota alınması; İlkin mühasibat sənədlərinin hazırlanması və sistemə işlənilməsi; E-qaimə-fakturaların, hesab-fakturaların, təhvil-təslim aktlarının və digər mühasibat sənədlərinin hazırlanması və göndərilməsi; Əməkhaqqı və digər ödənişlərin hesablanması; ƏDV, ÖMV, Vahid Muzdlu, Mənfəət vergisi və digər müvafiq hesabatların hazırlanması, yoxlanılması və qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müstəqil şəkildə təqdim edilməsi ; Vergi, DSMF və digər dövlət orqanlarından daxil olan məktub və bildirişlərin izlənilməsi, cavablandırılması və zəruri tədbirlərin görülməsi; Mühasibat və vergi uçotu üzrə məlumatların düzgünlüyünün yoxlanılması; Mühasibat uçotu üzrə məlumat bazalarının formalaşdırılması, aparılması və məlumatların düzgün şəkildə saxlanılmasının təmin edilməsi; Müştərilərlə gündəlik iş üzrə peşəkar ünsiyyətin qurulması, onların mühasibatlıq və vergi məsələləri ilə bağlı sorğularının cavablandırılması və zəruri məlumatların təqdim edilməsi; Rəhbərliyə tələb olunan maliyyə və mühasibat hesabatlarının hazırlanaraq təqdim edilməsi; Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqların icrası. Üstünlük veriləcəkdir: Konsaltinq sahəsində iş təcrübəsi olan namizədlərə; Bir neçə şirkətin mühasibatlığını paralel şəkildə aparmış namizədlərə; Vergi yoxlamaları, kameral məktublar və digər vergi orqanları ilə yazışmalar üzrə praktiki təcrübəsi olan namizədlərə. Xarici dil biliyi olan namizədlərə. İş şəraiti: Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir; İş rejimi: 5 günlük iş həftəsi; iş saatları 09:00–18:00 və ya 08:00–17:00 (razılaşma əsasında) ; İş yeri: Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza. Əmək haqqı (net): 1000–1300 AZN Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu (Subject) hissəsində “Aparıcı mühasib” qeyd etməklə göndərə bilərlər.